mahiyyəti hamıya bəlli olan, lakin ehtiyac duyulmadan dönə-dönə təkrarlanan fikir, söz; ~ köhnə bayatı.
bax: çaq-çuq eləmək.
yekəqarın, yöndəmsiz, hədsiz kök, şişman.
qarışıqlıq salmaq, təşviş yaratmaq; ~ ara qarışdırmaq, ara qatmaq, dava salmaq, qovğa salmaq, vəlvələ salmaq, lov salmaq.
kiçik bir işlə məşğul olub gündəlik cüzi pul qazanmaq.
ağarmağa başlamaq; ~ dən düşmək.
maşını pis sürmək, yolda tez-tez çala-çökəyə salmaq.
kiminsə sözü ilə oturub-durmaq, öz mövqeyi olmamaq.
bax: dağ çəkmək (basmaq).
yola, səfərə hazırlaşmaq; ~ başmaqlarını cütləmək.
kimisə ləkələmək, şərləmək; ~ qara yaxmaq.
bir neçə şəxsin iştirak etdiyi günah işə görə haqlı və ya haqsız cəzalandırılan adam haqqında işlədilən ifadə; ~ tabaq ... başında çatladı.
ümidsiz qalmaq, çıxış yolu tapa bilməmək; ~ əlacı kəsilmək.
1. Dövranı keçmək; hakimiyyəti sona çatmaq.
2. İşləri düz gətirməmək.
yola çıxmağa hazırlaşmaq, hərəkətə başlamaq.