Sən ucala bilsən, alçalacaq daǧ (S.Sərxanlı).
Axı mən o qədər də alçalmamışam ki, yüksələ bilməyəm (Ə.Şərif).
Qızın təmiz və pak məhəbbətini alçaltdılar (“Ulduz”); Onun təhqir olunmasına yol vermədilər, mənliyini qaldırdılar.
Əli bəy, alçaldar cinayət bizi; Bir bax əllərinə, yaraşarmı qan? (S.Vurǧun); Rüstəm dayı, sən ki məni belə ucaltdın, saǧ ol, öl desən öləcəyəm, qal desən qalacaǧam (M.İbrahimov).
Əli Bayramov klubunda ibtidai savad kursunu bitirmiş, ali savad kursuna girmək fikrindədir (S.Hüseyn).
Alicənab adammış (S.Rüstəm); Elə bir alçaǧa ölüm də azdır! (S.Vurǧun).
Dərs alın, alicənab, sinəsi dəftər kişidən (S.Vurǧun); Baǧışla, Maya xanım, çox kobud adama rast gəlmisən (M.İbrahimov).
Siz nə qədər alicənab, təvazökar adamsınız, Gülşən! (Ə.Vəliyev); Bu nanəcib işi ki sən görmüsən, acıǧını canından çıxmasam, mən heç kişi deyiləm (M.İbrahimov).
Ah, bu nəvazişə, bu alicənablıǧa qarşı qabil deyil (H.Cavid); Bu çöhrələrdə yaltaqlıq, riya və alçaqlıǧın hər cür şəklini görmək mümkün idi (M.S.Ordubadi).
Satıcılar tərifləyir, alıcılar müştəri gözü ilə bir çox nöqsanlar tapır və pisləyirdilər (S.Rəhimov).
Əhalinin alıcılıq qabiliyyəti yüksəlmişdir. O, satıcılıǧa gəlir mənbəyi kimi baxırdı.
O, avam, cahil deyil, alimdir (Ə.Haqverdiyev).
Alınmaz, satılmaz dünya neməti; Elin hörmətini qazanandadır (H.Hüseynzadə).
Ümid onun gözündə; Gah alışır, gah da sönür (B.Vahabzadə).
Gülsənəm ilə Maro bir-birinə alışırdılar (S.Rəhimov); Trubkanı görmürəm, yoxsa çəkməyi tərgitmisən? (M.İbrahimov).