Böyük daşlardan düzüb özümə bir meysərə, səndələ oxşar bir yer qayırmışdım (A.Divanbəyoǧlu); Uşaqlar daşları daǧıtmaǧa başladılar (“Azərbaycan”).
Mənim qarşımda düzünə oturdu (T.Hüseynov); Əhməd onu çəpəki süzərək cavab verdi (A.Şaiq).
O düzünə üzümə baxaraq gülümsədi. Çünki maşın yanakı dayanmışdı (C.Əmirov).
Ana ehmalca uşaǧı qucaǧına aldı (M.Hüseyn); Mən də cəld ayaǧa durdum (Y.Əzimzadə).
O, daşıqçılara yüklərin ehmallı düşürülməsini tapşırdı (S.Rəhimov); Sabir cəld irəli yeridi (Mir Cəlal).
Rüstəm bəy diksindi, qolunu ehmallıca xanımın qolundan xilas etdi (Çəmənzəminli); Anası cəld ayaǧa qalxıb, həyətə gəldi (Mir Cəlal).
Üslubunda kənd sakitliyi və ehmallıǧı hakimdir (Mir Cəlal); İndi hər bir iş cəldlik tələb edir.
Ailədəki bu qarşılıqlı ehtiram indi artıq ənənə və etiqad halına gəlmişdir (M.Hüseyn); Adamla çörək kəsib üzünə gülən, dalda isə ayaǧının altını qazan şəxslərə nifrəti böyük idi (M.İbrahimov).
İçəri daxil olcaq Dəmirov Simona dönüb ehtiramla başını əydi və salam verdi (S.Rəhimov); Ətrafındakıları nifrətlə süzdü (“Azərbaycan”).
Ehtiraslı gözləri ilə ona odlu bir nəzər saldı (C.Əmirov); Səndə var coşqun ehtiras alovu; Yaxar atəşlərin sönük bir evi (H.Cavid).
İndi bayraq kimi ucaldır zaman; Vətən torpaǧının ehtiramını (S.Vurǧun); Bu matəm xəbəri kənddə heç nəyi dəyişmədi.
Hacı Qulu... ehtiyatla quyunun yanında uzanıb diqqətlə baxdı (A.Şaiq); O cəsarətlə işə girişdi.
Mən, doǧrusu, ehtiyatlanmaǧa başladım (Q.Qantəmir); Onları əyləndirməyə, cürətləndirməyə çalışırdım (Mir Cəlal).
Çıxdım küçəyə və ehtiyatlı keçib getdim (C.Məmmədquluzadə); Diqqətsiz olması narahatlıq doǧurur.
Bəzən ehtiyatsız, kiçik bir xəta; Böyük faciələr yaradır, demək (S.Vurǧun); Görünür sən məndən tədbirlisən (İ.Şıxlı).