Dindarın bu sözü Mələyin ürəyini yaraladı. Bu kafirlərə inananları haqq yola qaytar (Ə.Haqverdiyev).
Rəis sizi məmnuniyyətlə dinləyir (İ.Əfəndiyev); Mən sizə əqidəmi söylədim (M.İbrahimov).
Daha dinmədilər; Susdular artıq (M.Rahim).
Eyzən fikirdə, kefsiz, dinməz, yəqin, burada bir hikmət vardır (Ü.Hacıbəyov); Çox zəvzək adamdır.
Əsgərin dinməzliyini o buna görə də pis yerə yozmurdu (Ə.Əbülhəsən); Zəvzəkliyinə görə hamı ondan uzaqlaşır.
Dinsizin öhdəsindən imansız gələr (Ata. sözü); Mərhum Zeynəb xanım mömin, müsəlman bir Allah bəndəsi idi (Q.Qantəmir).
Uşaq böyümüş, rəngi açılmış, dirçəlmiş, çevikləşmişdi (Mir Cəlal); Əziz on iki yaşında olanda bərk xəstələnmişdi (Ə.Vəliyev).
Xala, sən nə diribaş qarısan? (N.Vəzirov); Bir nəfər mənə demişdir ki, bəzi maymaqlar açarı qıfılın içərisinə qoyur (M.Talıbov).
Biri o birilərindən diribaşlıǧı, hazırcavablıǧıyla seçilirdi (M.Eynullayeva); Maymaqlıq edib Aǧasəlimi əldən buraxmısan (C.Əmirov).
Bir söz ki bir cavanın diriliyinə səbəb olacaq, onu demək günahdır (Ə.Haqverdiyev); Qaynım həmişəki kimi indi də Midhədin yoxluǧunu mənə hiss etdirməyə çalışırdı (M.Hüseyn).
Öləcəyəm, bir də diriləcəyəm (C.Cabbarlı).
At belində yavaş-yavaş dırmanırıq daǧlara (S.Rüstəm); Qaraca qız armudları dərib, pişiyi qucaǧına alaraq yerə düşdü (S.S.Axundov).
Di onda mən cəhrəni, xurcunu qoyum içəri, qapını baǧlayım gedək (Ə.Haqverdiyev); Bacı, köpəkdən qorxuram, dışarı çıx (S.S.Axundov).
...Hər yuvada bircə dişi arı olar, ona şah deyərlər (S.S.Axundov); Erkək atı yəhərləyib minəndə ixtiyarsız olaraq gülürəm (Ə.Vəliyev).
Bəzi bitkilərin qönçələrində olduǧu kimi pambıǧın qönçəsində də erkəkcik və dişicik var idi (Ə.Vəliyev).