Dəymişini qoyub, kalını dərir (Ata. sözü).
Başı, dibi qar, boran; Papaq geymiş dumandan (A.Şaiq).
Sanki qalxmaq istəyir göyə dənizin dibi (R.Rza); Dənizin üzü sakit, dalǧasızdır.
Girdmanın igid sərkərdəsi meydanda dik bir yerdə görünərdi (M.Hüseyn); Qarşıda yol qıraǧında olan alçaq daxmalarda, uca aǧaclar, dəmir dirəklər yavaş-yavaş irəli gəlir (S.Qədirzadə).
Tahirzadə öz adını deyəndə Mirzə Rza diksinmiş kimi onun üzünə dik baxdı (Mir Cəlal); Nə isə o bu gün öz dostuna çəpəki baxırdı.
Osman gözətçidir o yanki dikdə; Seyr edir baş-ayaq Nemsə düzünü (H.Sanılı).
Qarlı, uca, dik başı; Az qalır dəysin aya (A.Şaiq); O, atı dəhmərləyir, çox çəkmədən enişi enib yoxuşa dırmaşır (Ə.Vəliyev).
Hər xalqın dikbaş, lovǧa cavanları da olur, səmimi, gözəl qızları da (S.Vəliyev); Xasiyyətcə çox mülayim adamdır (A.Məmmədrza).
Qədirin də Poladdan ona görə xoşu gəlmirdi ki, Polad dikbaşdır (Ə.Vəliyev); Mən bir təvazökar bəndəyəm (F.Kərimzadə).
Dikbaşlıǧın axırı budur (A.Şaiq); Şərəf oǧlu dostunun bu hərəkətini təvazökarlıq sayıb ürəkdən razı qalırdı (M.İbrahimov).
O biri tərəfdən isə yenə bir dikdir var idi (S.Vəliyev); Dərələrdən və çaylardan duman qalxırdı (S.S.Axundov).
Züleyxa və Balaxanım adını eşidər-eşitməz, papirosları yerdə qoyub dikəldi (C.Cabbarlı); Əyilib yerdən pencəyini götürdü.
Aslan adamları diqqətlə gözdən keçirirdi (S.Vəliyev); Malik camaatın rahat olduǧunu görüb ayaqüstü mitinqi baǧladı (M.İbrahimov).
Aslan onu diqqətli və davamlı süzüb oturmaq üçün yer göstərdi (M.İbrahimov); Bayram balkonda durmasına baxmayaraq, sanki huşsuz, fikirsiz idi (Ə.Vəliyev).
Yoldaş polkovnik, o indi də diqqətlidir (C.Əmirov); Davranışlarından belə başa düşürdüm ki, o da mənə qarşı laqeyd deyil (S.Qədirzadə).