İndi artıq yıxıldı, batdı qanlı saraylar: Devirdilər taxtını, qan içən padşahın (Ə.Cavad); Bu dünyanı ürəyimcə qurmaq üçün səlahiyyət istəyirəm (X.Rza).
Arvadın deyingəni kişini tez qocaldar (Ata. sözü); Gözlərinizdən görürəm sakit qıza oxşayırsınız (S.Qədirzadə).
Həpirin hirsi soyumadı. O öz-özünə deyinirdi (Mir Cəlal); Tüfəngini tuşlayıb atdı, atdı, dalbadal; Susdu kol dibi dərhal (B.Vahabzadə).
Atlılar kimin barəsində isə deyişirdilər (Mir Cəlal); Xosrov deyirdi ki, gəlsin barışaq; Qan kimi qaynayıb biz də qarışaq (S.Vurǧun).
Sonra dəbbələməyəsən ha! (M.İbrahimov); Bu sözləri anam deyirdi. Əmim də təsdiqləyirdi (S.Qədirzadə).
Əbədidir bu səadət, bu sədaqət; Bu təntənə, bu dəbdəbə, bu məhəbbət (S.Rüstəm); Dözdü hər cəfasına; Ərəb əlifbasını özü öyrətdi ona (B.Vahabzadə).
Həsrətlə xatırlayır dəbdəbəli çaǧları (S.Rüstəm); İndi cəfalı günlər arxada qalmışdır (“Azərbaycan”).
Qaçmaq üçün dəbərdi; Tez aldı pişik kimi daban (Ə.Nəzmi); Çalış, onlardan uzaqda otur, səninlə çox danışmasınlar (S.Qədirzadə).
Heç on beş il bundan qabaqkı dəcəl uşaǧa oxşamır (M.İbrahimov); Çox dinc, sakit uşaqdır! (“Ulduz”).
Əmiqızı, ... bu dəcəlliyi haradan öyrəndin? (İ.Əfəndiyev); Ancaq o, institutun qəbul imtahanlarına qədər beyninə dinclik də verməli idi (S.Qədirzadə).
Tiflisdəki dəhşətli Metex qalasına köçürtdülər (S.Rəman); İndi biz fərəhli günlər keçiririk.
Kül rəngli havada toz-duman var; Dəhşətli soyuq, ayaz, boran var (A.Şaiq); Hava mülayimdir.
Amma dələduz nökərlə arası yoxdur (Ə.Haqverdiyev); Axır ki, gəldin düz yola (Ə.Vəliyev).
Çünki sənin üzündən dələduzluq yaǧır (C.Əmirov); Düzlüyün faydası çoxdur.
Bir dəli bir quyuya daş saldı, yüz aǧıllı çıxara bilmədi (Ata. sözü).