Kişi yuxudan dik atıldı, başılovlu yazı stoluna sarı qaçdı (Mir Cəlal); Katibin sakit, hətta uşaq və mehriban səsi heç bir şey bildirmirdi (M.İbrahimov).
Ətraf küçələr başıpozuq camaatla dolu idi (M.S.Ordubadi); Bizim tələbələr iməciliyə intizamlı, mütəşəkkil çıxmışlar.
...Aldıǧını və eşitdiyini düşünməyəcək, çaşqın, başısoyuq adamlardan deyiləm... (A.Şaiq); Uşaqlar, diqqətli olun ha! (M.İbrahimov).
Bu hələ özü də başısoyuqluqdur (C.Cabbarlı); Rəhbərlikdən işçilərə qayǧıkeşlik, diqqətlilik tələb olunur.
Yaşamaǧın qanunu da bəlkə budur: Hər dəfn olan özü deyil; Başqası tək dəfn olunur... (M.Araz); Ona doǧma ikən yad olan kəsi; Doǧma kənd doǧma tək baǧrına basdı (H.Hüseynzadə).
Bir də sevgilimi aldatmaq üçün; Dəyişib cildimi başqalaşmadım (S.Vurǧun); Bu yerlər elə bil mənə doǧmalaşdı.
Bu kərrə sizdə bir başqalıq vardı (S.Hüseyn); Buna baxmayaraq, burada Güləbətin qəribə bir doǧmalıq hiss edirdi (M.İbrahimov).
Lakin danışıǧı haradan başlasalar, axırda yenə yaş söhbətlə qurtarır (Çəmənzəminli).
Qaranquş baharı başlayır, bülbül tamamlayır.
Dünən evinə gələn kim imişsə, başlı adam imiş, “içərilərdən” gəlmişmiş (Mir Cəlal); Küt uşaqdır, ondan oxuyan çıxmaz.
"Bir ömür yolunda"... bu başlıq nədi? (M.Araz); Aldanmısan sonluǧu; Toyla bitən naǧıla… (N.Kəsəmənli).
Bu başsız uşaq başa düşür ki, öz hərəkətləri ilə özünə dost qazanmır. Çox aǧıllı və namuslu qız imiş (M.İbrahimov).
Günün batabat zamanı idi (M.İbrahimov); Mən evdən çıxaçıxda o məni yaxaladı.
Bataqlı küçələr düzəlib, gecələr elektrik ilə işıqlanırdı (S.S.Axundov); Mahmud... quru ot-ələf yıǧılmış çardaǧın altına girdi (Ə.Əbülhəsən).
Küçənin ortası hər zaman bataqlıq və palçıq olurdu (S.Rəhman); Adanın quruluq hissəsində oturub dənizə tamaşa edirdik (M.İbrahimov).