Köç deyəndə, azar alır canını; Yer süpürür sanki qaşı-qabaǧı (M.Müşfiq); Abbas Səhhət şeirlərində “Səhhət” kəlməsini bəzən həm təxəllüs, həm də şəfa, saǧlamlıq mənasında işlətmişdir.
Dərin bir dəryadır şair xəyalı; Götürdüm boynuma şəri, babalı (R.Rza); İsmət xanım, kömək etməkdə böyük savab iş görmüşsən.
Ruzigarım bir növ babat keçir, hacı (N.Vəzirov); Niyə, Məşədi, necə bəyəm, pis daşıyıram? (Mir Cəlal).
Məsələn, mənə deyirlər ki, filankəs babidir, yəni mürtəddir (C.Məmmədquluzadə); Atan Hacı Cəfər ilə duz-çörək kəsmişəm, özü də çox dindar kişidir (S.S.Axundov).
Elə bacarıqsızdır ki, on saata işə sala bilməyəcək (M.İbrahimov); Xala, sən də diribaş qarısan (N.Vəzirov).
İndi sənin mənə badalaq qurmaǧının heç adı yoxdur (Ə.Haqverdiyev); Onun heç düzlüklə işi yoxdur.
Səriyyə xala baǧırmaq, aǧlamaq istəyir, bacarmırdı (M.İbrahimov); Bu hay-küydə susmaǧı lazım bildi.
Mənim dediklərimdə səhv və yanlışlıqlar olsa, baǧışlamaǧınızı xahiş edirəm (Mir Cəlal); Əgər məni yalandan günahlandırmaq istəyirsinizsə, günahlandırın.
Nahar etmək bəhanəsi ilə qapını baǧladım (Ə.Vəliyev); Bu saatda qayıdarıq, fikir eləmə, sandıqları aç! (M.F.Axundzadə).
Baǧlı qapıya xata dəyməz (Ata. sözü); Səhər açıq pəncərədən rəfiqəsini səslədi.
Bir ildir ki, baǧrıqaradır, müsibət üz vermişdi. Siz ey göy üzündə uçan durnalar; Deyin, xoşbəxtəmmi? (S.Vurǧun).
Bahadır deməzlər hərgiz sayana; Görüm lənət lənət olsun yardan doyana (M.P.Vaqif); Ana yurdu bu şən torpaq; Yetişdirməz xain, qorxaq (A.Şaiq).
Payız ötür, qış keçir; Bahar qalır arxada (H.Hüseynzadə).
Lakin mənim baharım solub, zimistan oldu (S.S.Axundov).
Ömrün keçdisə də baharlı, qışlı; Gördün gələcəyi gün kimi aydın (S.Rüstəm).