Gün daǧlara yayıldı; Hər bir yatan ayıldı (A.Səhhət); Get onu içəri gətir. Tafta, sən də get, deyəsən bayılmışdır, ya da, bəlkə, ölmüşdür (C.Cabbarlı).
Yeja bu dəhşətli xəbərdən ayıldı (Ə.Vəliyev); Bir stəkan şirin çaxır içən kimi dəmləndi.
Səndən ayrı düşəli; Ah çəkməkdən baǧrım qana dönübdür (Aşıq Ələsgər); İki gün sonra raykomun bürosuna birgə getdilər (Ə.Vəliyev).
Ayna ilə Ayaz küçədə bir-birindən ayrıldılar (Ə.Məmmədxanlı); Qadir əllərimizlə birləşdi Volqa ilə Don (S.Rüstəm).
Bizim qoşunumuz azdır, amma qeyrətimiz çoxdur (Ə.Haqverdiyev).
Fəhləliyə gedən azyaşlı uşaqlara xozeyinləri heç bir zaman istirahət günü verməzdilər (H.Sarabski); İsmayılzadə deyir ki, bu il böyük bir saray tikəcəyik (Z.Xəlil).
Oho, bunun bir azǧınlıǧına bax! (A.Şaiq); Əli öz təvazökarlıǧı və mədəniliyi ilə dostlarından fərqlənir.
Hücum edin dörd yandan; Od vurun azǧın kəndə (A.Şaiq); Onlar istəyir ki, biz də qabaǧa gedək, mədəni xalqlar cərgəsinə çıxaq (M.İbrahimov).
İndi İmamverdi baba azarlamışdır (S.S.Axun- dov); Tələsmə, o yaranı da saǧaldaram (H.Abbaszadə).
Onlar dolana-dolana xeyli yol gəlmişdilər (A.Makulu); Çox bilib xalqa az xidmət etməkdənsə, az bilib çox xidmət etmək min dəfə məsləhətdir (Mir Cəlal).
Həcər qulaq verdi, bu an buludlar azacıq hərəkətə gəldi (S.Rəhimov); Axşamdan xeyli keçmişdi (A.Məmmədrza).
Diləklərin gah azad; gah məhkum olur sənin (B.Vahabzadə).
Azadlıq geniş anlayışdır (S.Vəliyev); Yetər bu məhkumluq! Yetər bu zillət! (Şəhriyar).
Dostlarım artıb; nə qədər azalıb; Köhnə dostlar az qalıb (R.Rza).
Bir il də keçdi belə; Vicdanın aǧrısı azalmadı, çoxaldı (B.Vahabzadə).