Bu oǧlan avaralıǧa öyrənib, heç bir işdən yapışmaq istəmir. Çünki onu tanıyırdı, işgüzarlıǧına bələd idi (Mir Cəlal).
Onun qaramtıl çöhrəsi avazıdı, sonra boǧulub qaraldı (İ.Şıxlı).
Odur ki, sənin ayaǧını biləni bizim başımız da bilə bilməz (C.Cabbarlı).
...Ayaqüstü Kələntər lələşə baş çəkməyi qərara aldı (M.İbrahimov); İndi cücələr rahat yeyirdilər (M.İbrahimov).
Elə alt köynəkdə ayaqyalın, başıaçıq bayıra çıxdı (İ.Şıxlı).
Abbas kişi çox ayar adamdır, amma qardaşı ölüvaydır.
Kül rəngli havada toz, duman var; Dəhşətli soyuq, ayaz, boran var (A.Şaiq); Yorǧun adam kimi, elə bil bu an; İsti tər tökürdü yerin sinəsi (H.Hüseynzadə).
Payızın çiskinli, dumanlı günü ayazıyırdı (S.Rəhimov); Belə zamanlarda təbiidir ki, onun gülər üzü bir qədər tutqunlaşar, alnını kiçik qırışıqlar örtərdi (M.İbrahimov).
Sən, ayazlı gecələrdə ulduzların sirdaşısan; Boranların, çovǧunların, dumanların qardaşısan (S.Vurǧun); Onlar uçdu uzaǧa; Daha isti torpaǧa (H.Hüseynzadə).
Çiskinli və qaranlıq gecəni aydın bir səhər əvəz etdi (M.İbrahimov); Buludlu qaşqabaǧı birdən ayazıyıb açıldı (S.Rəhimov).
Hər şey gün kimi aydındır (C.Əmirov); O, tozlu yollara baxdı (A.Şaiq).
Ayǧır başını qaldırıb ilxıya gələn qatıra diqqətlə baxdı (S.Rəhimov); İki madyana yaxınlaşandan sonra yenə qayıdıb dəryaya girdi (“Koroǧlu”)
Xəfiyyə vaxtında üstünə düşüb, yaman ayıqdırlar ha! (M.İbrahimov); Qadınların bu hərəkəti, Almazın dalǧın duruşu, bayǧın baxışları, gizli göz yaşları Pakizəni heç açmırdı (A.Şaiq).
Lakin hər ayıq və zirək adamı aǧıllı hesab etmək olmaz (M.Talıbov); Gecədir... Kənd yuxulu; nə işıq var, nə tüstü (S.Vurǧun).
Ayıqlıq və zirəklik aǧlın əlamətlərindəndir (M.Talıbov); Ruzigarın əli onun məǧrur qulaǧını burduqda, xudbinlik, lovǧalıq və məstlik yuxusundan ayılır (M.Talıbov).