Arxasıüstə çarpayıda uzanan və şirin yuxuya gedən Aliyəyə yaxınlaşdı (C.Əmirov); Birbaşa otaǧa gedib soyundu, üzüqoylu yerinə yıxıldı (M.İbrahimov).
Zöhhakı məhv edən Gavə yoxsul, arxasız bir dəmirçi idi (H.Cavid); O elə gəzir ki, elə bil alçaq daǧları o yaradıb, havadarlıdır.
Bu məsələ barəsində də arxayın ola bilərsən, dostum! (C.Əmirov); Zəng etdim ki, nigaran qalmayasınız (C.Əmirov).
Lakin arxayınlıq şəraitində nə qədər alışıb ehtiyat qazanmış olsa belə, ən xırda şey əsgəri narahat edirdi (Ə.Əbülhəsən); Səkinənin bu narahatlıǧı səbəbsiz deyildi (M.İbrahimov).
Arıq oǧlanın üzünə baxdı (Mir Cəlal); Sabah totuq üzünü çəkdirib salın yola (S.Rüstəm).
Arıq xoruzun biri, gəlib keçdi irəli (A.Şaiq); Axşamın toranında közərib parıldayan kömürün üzərində şişlərə yaǧlı qabırǧalar çəkilmişdi (İ.Hüseynov).
Gərək bir azca həlim, ədəb-ərkanlı olsun; Bir az arlı, namuslu, bir az vicdanlı olsun (X.Rza); Kəlbiyev əyilib büzüşərək çırpınırdı, həyasız hücumlarla işin içindən çıxmaǧa çalışırdı (M.İbrahimov).
Arsıza bir sillə kar eləməz (Ata. sözü); Qızdan həyalı oǧlana rast gəlmisən, şərbət olmamış nə olacaq (M.İbrahimov).
Arsızlıqdan sanma ki, şişib dama dönmüşəm (S.Rüstəm); Həyalılıǧından rəng verib, rəng alırdı.
Bacı, artıq söz lazım deyil (Ə.Haqverdiyev); Bacarmazsınız! Çünki milyonlardan yüz qat azsınız! (S.Vurǧun).
Orada işləyənlərdən mənim nəyim artıqdır, nəyim əskikdir? (G.Hüseynoǧlu).
Nadir iztirabının artıqlıǧından bozarıb qızarırdı (B.Talıblı); Bu isə yenə ona etimadın azlıǧını göstərirdi (Ə.Sadıq).
Bu düyünün heç artımı yoxdur. İtki var bir eli yandırıb-yaxar (S.Vurǧun).
Bu mənim dərdimi daha da artırdı (S.Vəliyev); Azalt, uzaǧı demirəm, elə ver Azərbaycanın Kəlbəcər rayonuna, ver o yerə ki, orada lazımdır (M.İbrahimov).