Günlər keçdi, aylar keçdi, balaca Cəbi yavaş-yavaş boy atırdı, fəqət həmişə zəif, üzü kiçik, başı isə zorbalaşırdı (N.Nərimanov); Mənim gözümdə qonşum balacalaşırdı.
Bu zorbalıqda ayı mənim qamçımın qorxusundan hər cür oyun çıxarır, amma bu balacalıqda qızın əlində aciz qalmışam (S.S.Axundov).
Sizin onu zorla pozdurmaǧa haqqınız yoxdur (C.Cabbarlı); Bu gün xoşla qoymasan, sabah qaçar gələr (C.Cabbarlı).
Qüvvətli olsan da, yoxsulu döymə; Demə ki, zorluyam, qolum yaxşıdır (Xəstə Qasım); – Bəzi kəndlərdə yoxsullar qrupu zəif idi (Mir Cəlal).
Hacı Vəlinin müəyyən prinsipləri var idi, şeyləri zorluqla qəbul edirdi (Çəmənzəminli); O öz zəifliyini bilirdi (M.Hüseyn).
Həm zövqüdür, həm cövrüdür ömrün o, həyatın; İnsanı ucaldan da, qocaldan da məhəbbət (B.Vahabzadə).
Zülmət çökdü, gecə gəldi; Zalım gecə necə gəldi (M.Dilbazi); Aşaǧıda Cəbir aǧzında başlanan açıqlıq, işıqlıq, düzlükdə isə azad təbiət dincəlirdi (Mir Cəlal).
Yüz zülmət gecənin fırtınasından; Bir nurlu səhərin yeli gözəldir (H.Hüseynzadə).
Zülmətli və sakit bir gecə idi (C.Məmmədov); Xəstənin işıqlı, havalı, təmiz bir otaqda saxlanmasını məsləhət gördüm... (Mir Cəlal).
Bəy çox xəsis və zülmkar idi (Ə.Sadıq); Ədalətli
hökmdar ol! (A.Şaiq).