Bilmirəm heç sizə bu iddia, bu yekəxanalıq haradan belə gəlibdir (S.Rəhimov); Əzizbəyov qapıdan içəri girincə jandarm rəisi özünü sadəliyə vurub, ehtiramla ayaǧa qalxdı... (M.Hüseyn).
Başın yekəliyi dövlətdir, ayaǧın yekəliyi neybət (Ata. sözü); Ayaǧın balacalıǧı da simmetriyanı pozur.
Qocaman tayqa məndən inciməsin, o bir az yeknəsəqdir (S.Sərxanlı); Onların fikirləri fərqlidir.
Mən yenə də, həmişə olduǧu kimi ona sadə və yekrəng cavablar verdim (M.S.Ordubadi); Maarif şöbəsinə müxtəlif iş üçün dəstə-dəstə müəllim, tələbə girib, çıxırdı (Mir Cəlal).
Özü də bunun kimi yelbeyin arvad? (M.İbrahimov); Yum, yoldaş Anketov, aǧıllı söz danışmadın (Mir Cəlal).
Birdən Baǧıra elə gəldi ki, Tünzalə başını yelli tərpətsə, boǧazı meyvə saplaǧı kimi üzülə bilər (İ.Məlikzadə); Yerindən yavaş tərpənib əl-üzünü yumaǧa başladı (“Azərbaycan”).
Yeni kənd köhnə kəndi kitablardan pozmaqda (S.Rüstəm).
Stansiya yenicə yaradılmışdı və rayonda ən cavan MTS hesab olunurdu (M.İbrahimov); Axı, çoxdan
görüşmürük (T.Kazımov).
Səni sevindirəcək bir yenilik yoxdur (M.S.Ordubadi); Hörməti belə başa düşmək köhnəlikdir (M.İbrahimov).
Nə çoxdur kəndimizdə yeniyetmə cavanlar (Ə.Haqverdiyev); Yaşlı və təcrübəli minicilərlə at qoşaşdırmaǧı belə bacarırdı (M.Hüseyn).
Göydən bir damcı da düşmədi yerə; Yerdən sular coşdu, sellər oyandı (H.Hüseynzadə).
Bir qoşa köhnə paltar əynində; Yeriyir yolda torba çiynində (A.Səhhət); Külək yatır, qar dayanır, açılır səhər (S.Vurǧun).
Yeriş də, duruş da başqalaşıbdır; Yanaşıb əl verir görsə hər kimi (H.Hüseynzadə).
Ceyran yerişli yarın; Aǧ buxaqda xalı var (Bayatı); Başıaçıq, sakit duruşlu, bahar geyimli rus, sanki onun özünə gülürdü (Mir Cəlal).
Ramizin yersiz sözü müəllimi lap haldan çıxardı (M.İbrahimov); Neyləyim, münasib bildiyim budur; Yazmasam da özün hiss edəcəksən... (O.Sarıvəlli).