Yamayardım babamın çul-çuxasın (M.Ə.Sabir); Təzə köynəyi sökdü.
Kərəm kimi mən oduna yanaram; Dostuna dost, düşməninə yamanam (Aşıq Əziz); Rəhmlidir, ürəyi yumşaqdır.
Onlar Səmədin yamanca tələsdiyini duymamış deyildilər (M.Hüseyn); Onu yaxşıca əzişdirdilər.
Bir parça atəşəm, bir parça yanǧın; Qəlbim örpəyidir yanar bir daǧın (M.Müşfiq); Sönük vulkana tamaşa edirdilər.
Çarpayıları yanaşı idi (T.Kazımov); Onların yeməkləri bir, yataqları ayrı idi.
Fəxrəddin qapıya yanaşmaq üçün heç bir bəhanə əldə edə bilmirdi (M.S.Ordubadi); ...Kazım dik atılır və qaçmaq bu qanlı dəstədən birdəfəlik ayrılıb uzaqlaşmaq... arzusu ilə çırpınırdı (M.İbrahimov).
Rəhim bəy yanıqlı bir ah çəkdi (M.Hüseyn); O bu gün nəşəli idi.
Yanılırsan, o yanlış tərbiyədir (A.Şaiq); İndi Məcid müəllimin suallarına cəsarətlə və düzgün cavab verirdi (Mir Cəlal).
Gülər ulduz kimi tez yandı, söndü (M.Rahim).
Qoca dəyirman daşının üzərində yırǧalanıb yapıxdı (S.Rəhimov); Harın at qalxdı dik ayaq üstə; Ox dəyən ahu kimi tullandı (A.Səhhət).
Mirsaqulu yaralanmış və yerə yıxılmışdı (S.Hüseyn); Qonaǧım qız, məni saǧalt, amandır (Mir Cəlal).
Maya yaralı bir eşqlə Qaraşı müdafiə etdi (M.İbrahimov); Rayon səhiyyə məntəqəsi saǧlam uşaqların yarışını düzəltmişdi (Mir Cəlal).
Pis və yaramaz cəhətlər isə nəzərindən qaçırdı (M.İbrahimov); Çox zaman xeyirli məsləhət alırdılar (Mir Cəlal).
Rəhimlidən hər cür yaramazlıq, laqeydlik, arxayınçılıq gözləyirdi (İ.Hüseynov); Biz isə belə şərtləşək; yazının pisliyini də, yaxşılıǧını da hamıdan əvvəl yazanın özünə deyək (Mir Cəlal).
Sən ki, yaranışdan gözəlsən belə; Bir dastan olmusan aǧıza, dilə (S.Vurǧun); Nədənsə həyətdə bir ölüm sükutu hökm sürürdü (Mir Cəlal).