Zəhmət çəkibsən, yorulubsan, get rahat ol (Ə.Haqverdiyev); Bir az yatıb dincəlmək istəyirəm (C.Əmirov).
Gah yönümü çevirirəm Şirvana; Gah üz tutub Gürcüstana aǧlaram (Molla Cümə); Arxa cərgədən başıaçıq bir adam qışqırırdı (Mir Cəlal).
Kobud sifəti, yöndəmsiz bədəni vardı (S.Rəhman); Gözəl biçimli paltarlar vardı.
Nə yöndəmsiz adamdır (A.Şaiq); Dəyirmi,
mütənasib üzü vardı... (Mir Cəlal).
“Sil” dedi əndamından; Yöndəmsiz ləkələri! (Ə.Cavad); Həbibə qara, dolu, mütənasib boylu, yaraşıqlı bir qızdır (Mir Cəlal).
– Oǧlum niyə belə yubanmısan? (S.Vəliyev); ...Məclisimizin bitməsinə tələsirdim (Mir Cəlal).
Hava da bərk dolub, yaǧacaq. Əynin də yuxadır (S.Rəhimov); Əynim qalındır, üşümürəm (“Ulduz”).
Uşaqları araba beşik kimi silkələyib yorduǧundan tez yuxuladılar (İ.Şıxlı); Ayılın, dostunuzu, düşməninizi tanıyın! (M.Hüseyn).
Bir gün hər ikisi yuxulu gözlərini açdı (A.Şaiq); O, saçı-başı açıq, enlisifət bir qadın idi (Mir Cəlal).
Axırda özünü yuxuluǧa vurdu (T.Kazımov); Yarı huş və yarı ayıqlıq aləmində ona [Azadiyə] elə gəlirdi ki, qurtarmaq bilməyən bir çaydan keçməkdədir (M.İbrahimov).
Balaca, yumru və sürüşkən daşlar ayaǧı qıdıqlayırdı (İ.Şıxlı); Çayın yastı daşlarını seçib bir tərəfə yıǧdı (“Ulduz”).
Arabanın içi geniş və yumşaq idi (İ.Şıxlı); İnsan daşdan bərk, güldən nazikdir (Ata. sözü).
Yumşaq daǧotu; Gör nə rahatdır (İ.Tapdıq); Başının tükü coddur, zil qaradır, arxaya darayır (G.Hüseynoǧlu).
Piri kişi yetmiş yaşında yumşaq təbiətli bir qoca idi (S.S.Axundov); Dadaş çox sərt adamdır
(İ.Məlikzadə).
Mən Toǧanbəyin bu kişiliyindən və qəlbi yumşaqlıǧından nəhayət dərəcədə şadlandım (M.Talıbov); Mənim barmaqlarım kobudluqda, bərklikdə oymaqdan qalmaz (Ə.Əbülhəsən).