Oxuya bilməzsən, çünki bu həriflər artıq sənə yabançıdır (C.Cabbarlı); Heç kəs inanmaq istəmirdi ki, Fariz mənim doǧma qardaşımdır (Y.Əzimzadə).
Hüseyn Məhbusi kimi xain və alçaqlar yabanı bir ot kimi böyüyür... (M.İbrahimov); Mən bədii əsərləri müəyyən dərəcədə sevməyən mədəni bir adam təsəvvür edə bilmirəm (M.Hüseyn).
Köhlən at ilə yabının təfavütünü hamı bilir (Ə.Haqverdiyev).
Necə söyləyəsən yaxına, yada; Belə oyunlardan kar aşarmı heç?! (H.Hüseynzadə).
Yad üzü görməsin sürfəmiz gərək (S.Rüstəm); Onu yerli əhalidən seçmək mümkün deyildi (S.Vəliyev).
Yadelli bir şah doǧma yurda çapǧına keçdi (İ.Əfəndiyev).
[Məcid kişi:] Quyu qazmaǧı yadırǧamışam, bala... (İ.Məlikzadə); Əlini alnına dayadı və bir neçə saniyə dayanıb qaranlıǧa alışmaq istədi (M.Hüseyn).
Tanısın hər yerdə həm dost, həm yaǧı; Zəkalı, sınaqlı qoca Tapdıǧı (A.Şaiq).
Bu il həm yaǧınlıq idi, həm də havalar isti keçirdi (Ə.Vəliyev); Yolun hər iki tərəfi də quraqlıq və bomboş idi (Mir Cəlal).
Əkinçi yaǧış istər, yolçu quraqlıq (Ata. sözü).
Yaǧışlı bir bahar axşamı idi (M.Hüseyn); Havalar quru idi, yaǧış yaǧmırdı.
Yəqin, yaǧlıdır ki, belə dolanır (Ə.Haqverdiyev); – Əmi, kasıb arvaddır, nə verəcək (M.Hüseyn).
Yaǧmurlu bir gündü... (S.Hüseyn); Quru bir yay günü idi.
Yaxın adam, uzaq adam nə deməkdi, Sofi? (Elçin).
Bu arada, yaxında dörd-beş əl şiddətli tapança atılır (H.Cavid); Harada isə uzaqda, lap uzaqda tək-tək işıqlar yanırdı (Y.Əzimzadə).