Qeyrət günüdür, olmayalar özgəyə möhtac; Kim qatsa xələl şərə, edin ortadan ixrac (Ə.Vahid); Xeyir dilə qonşuna, xeyir gəlsin başına (Ata. sözü).
Xəlvəti yer tapıb gizlədin, məni görməsinlər (İ.Fərzəliyev); “İlahi, yuxu görürəm, ya bu aşkardır?” – deyə özünü toxtatdı (Mir Cəlal).
Xəlvətlik idi (Mir Cəlal); Fikir aşkarlıǧı onun ifadə olunmaǧından asılıdır.
Xəsisdən alınan yumurtanın sarısı olmaz (Ata. sözü); Bədxərcdir, ona pul vermək olmaz.
Bu xəsis kişidən nə desən, çıxar (A.Şaiq); Mən sənin kimi comərd ola bilmərəm ki (A.Şaiq).
Xəsis pulludur, nə tövr çıxartsaq halaldır (Ə.Haqverdiyev); Əli, sən çox səxavətli və yaxşı oǧlansan (C.Əmirov).
Heç vaxt xəsislik etməyin (M.S.Ordubadi); Bədxərcliyinə çoxdan bələdəm (“Azərbaycan”).
Rəhmsizliyi və xəsisliyi mütəfəkkirlər dəliliyin bir növü bilmişlər (M.Talıbov); Ev sahibinin safürəkliliyini, səxavətliliyini hiss etdik (“Ulduz”).
Biri xəstədir, biz saǧlamıq (M.Talıbov); Düşündüm: insan xəstələnər də, saǧalar da (R.Rza).
Mən yorǧun və ac idim, çox əziyyət və xəstəlik çəkmişdim (M.Talıbov); Saǧlamlıqdan başqa bir şey aramaq nahaqdır (Mir Cəlal).
Bu bir həqiqətdir, deyildir xəyal (S.Rüstəm).
Süleymanam, bilir aləm, xəzanla yoxdur işim; Məhəbbətin gülüşündən doǧan baharım var (S.Rüstəm).
Nə xəzri, nə gilavar; Xəzər qoyub başını; Bakının sinəsinə
yatıb (R.Rza).
Xiffəti qeyrətli edər (Ata. sözü); Qızı fərəh qarışıq təəccüb bürüdü (S.Qədirzadə).
Oğlunun dərdini çəkməkdən yazıq arvad xiffətlənmişdir ("Azərbaycan"); Bu sual Leondrı fərəhləndirdi (S.Qədirzadə).