Mən öz daxili varlıǧımla xarici təbiətdəki gözəllik arasında bir uyǧunsuzluq hiss etdim (M.İbrahimov).
Xarici adamlarla bir az ehtiyatlı hərəkət etmək lazımdır. Semixatkada cəmisi iyirmi-otuz yerli adam
yaşayırdı (S.Qədirzadə).
Xatakar uşaqdır, əlindən bir xata çıxar (“Ulduz”); Qəlbdən xeyirxah olsa da, aciz idi (M.İbrahimov).
Onun əlindən xatakarlıqdan başqa bir şey gəlməz (“Azərbaycan”); Xeyirxahlıǧın üçüncü növü nə fitridir, nə də lovǧalıq üzündəndir (M.Talıbov).
Bundan əlavə padşahlıq dumasının vəkili olmaq çox xatalı işdir (S.S.Axundov); Bu, həqiqi xeyirxahların təqsiri deyildir (M.Talıbov).
Salman sözarası ona otuz yeddinci ili də xatırlatdı (M.İbrahimov); Ər də, arvad da gündüzün aǧır və üzücü zəhmətlərini unutdu... (Mir Cəlal).
Axşamın xeyrindən sabahın şəri yaxşıdır (Ata. sözü).
Xeyir iş yerdə qalmaz (Ata. sözü); Qədirin vay xəbəri çoxdan alçaq daxmanı titrətmişdi (Mir Cəlal).
Xeyirli yola hər bir yerdə, hər hansı anda addım atsan yaxşıdır (M.Talıbov); Çarli işlərdən nə qədər qıraq olsan daha yaxşıdır (“Azərbaycan”).
– Ey xeyirsiz böcək; Xallı qanadlarınla çox da öyünmə (A.Şaiq); Bəlkə məsləhətlərimdə özün üçün faydalı bir şey tapdın (S.Qədirzadə).
Xeyr, inanın ki, qabaqlar mən heç yerdə sizə rast gəlməmişəm (C.Əmirov); Mən ölüm, Baloǧlan, belədir, ya qeyri belədir? Bəli, bəli (C.Cabbarlı).
Xəfədir, içində oturmaq olmur (“Ulduz”); Sərin mehdən səhər-səhər gül titrəyir, yarpaq əsir (R.Rza).
Havanın xəfəliyi adamı işdən də qoyur (“Azərbaycan”); De, keçdimi bir sərinlik ürəyindən? (S.Vurǧun).
Xəfif külək əsirdi (“Azərbaycan”); Şiddətli xəzri küləyi əsir, evlərin qapı və pəncərələri vıyıldayır (S.Vəliyev).
Bütün yer üzünün əşrəfiydi o; Adəmin ən böyük xələfiydi o (Şəhriyar); Ehtiram olsa da, hamı əzəldən; “Sələfin yolundan mən uzaq!” – deyir (B.Vahabzadə).