Maya turşməzə və meyxoş almanı dişinə çəkəndə Zeynəb gəlib oturdu (M.İbrahimov); A bala, ye, şirin almadır (Ə.İsayev).
Hələ bunun turşulu dolması var (S.S.Axundov); Nə şirindir xoş nəfəsin; Pərdə-pərdə axan səsin (R.Rza).
Meyvənin turşuluǧu və ya şirinliyi yeyilən zaman bilinər (“Ulduz”).
Dünənki xörəklər günün qabaǧında qalıb turşumuşdu (M.Süleymanov); Buradan sərin meh gəlir, içəridə yatanların yuxusunu daha da şirinləşdirirdi (Ə.Vəliyev).
Falı tuş çıxdı (M.Hüseyn); Ölmək yalan deməkdən yaxşıdır (M.İbrahimov).
Hava bu gün səhərdən tutqun idi (S.Vəliyev); Hava o qədər xoş, o qədər mülayim və günəşli idi ki, dərhal bir yüngüllük hiss etdi (M.İbrahimov).
Bir tərəfdən Nazlının tutqunluǧu, bir tərəfdən də eyvandakı istilik Baǧırı təntitmişdi (İ.Məlikzadə); – Dədə, göyün saǧ üzü buludlu, sol üzü açıqlıq (M.Süleymanlı).
Quzǧun cumdu, ovunu elə göydəcə tutdu (S.Qədirzadə); Quşu əlindən buraxdı (S.S.Axundov).
Hava gah açıldı, gah da tutuldu. Lakin bir damcı da göydən düşmədi (H.Hüseynzadə).
Tüfeyli həyatdan əl çək, adam ol (C.Əmirov); Zəhmətkeşdir, işsiz dura bilmir (“Azərbaycan”).
Üzü tüklü idi (S.Qədirzadə); Yaş əlini qırxıq başına çəkdi (İ.Şıxlı).
Xasiyyətim tünddür (C.Əmirov); Gözəl xasiyyəti var, mülayim arvaddır (S.Qədirzadə).
Mənim ərim bir qədər tündməcazdır (Ə.Haqverdiyev); Mənim dostum mülayim adamdır.
– Evdədirlər, yaman tünlükdür (M.İbrahimov); Qatarda seyrəklikdir.
Vəkil hirs içində tüpürdü (M.Süleymanov); Kişi tüpürdüyünü yalamaz (Ata. sözü).