İlanboǧan vaxtındır; O totuş əllərinlə; Boǧ dəmir lülələri; Bu əfi “güllələri”; Ehtiyatlı ol; Qurbanın olum!.. (N.Kəsəmənli); Arıq üzünü seyrək tük basmışdı (S.Qədirzadə).
Toy mənim, xeyrat babamın (Ata. sözü).
Toy gününü qoyub, vay gününü oynayır (Ata. sözü).
Bilmək olmurdu toydur, yoxsa yas (M.İbrahimov).
Toyluq qoçlar xınalandı, qulplu qazanlar asıldı (M.Süleymanov); Yaslı paltarını artıq atmışdır (“Azərbaycan”).
Toysuz ev tapılar, vaysız ev tapılmaz (Ata. sözü).
Xəzrini xoşlamıram; yaman hay-küylü, tozanaqlıdır (R.Rza); Həyət-baca təmiz və səliqəli idi.
Tozlama həyəti, su səp, süpür (“Ulduz”); Külək elektrik silgəci kimi, bir anda təmizlədi dünyanın tavanını (R.Rza).
Küləkli və tozlu bir payız axşamında Qumru aǧlayır (Mir Cəlal); Aydın bir yaz səhərində durub yola baxırdı.
Bu gələn kişilərin tozlu, çirkli ayaqları çox adamın ürəyindən təmizdir (Ə.Haqverdiyev).
Ulduzun səsində mənə qarşı töhmət və şikayət vardı (M.İbrahimov); Sən onların yerini mənə de, çox böyük mükafat alarsan (M.İbrahimov).
Gəlin, tökün, bu daşı ətəyinizdən yerə (S.Rüstəm);
Şirəli, mollanın piyaləsini doldur (S.S.Axundov).
Sel kimi töküldü göydən yaǧışlar (S.Vurǧun); Həmin bu otaǧımız qonaq ilə doludu (S.S.Axundov).
Baǧır Dədə palıdı bu meşənin ulu əcdadı hesab eləyirdi, fikirləşirdi ki, bu meşənin bütün aǧacları Dədə palıdın törəmələridi... (İ.Məlikzadə); Xəcalət! Utanmaq! Namusun, arın; İlkin meyvəsidir... Umma sən ondan! (B.Vahabzadə).
Bir az cılxa şor, bir eymə də turş qatıq göndərmişdi (Ə.Vəliyev); Bu suyun rənginə, dadına baxın. Nə qədər duru, nə qədər şirindir (Ə.Vəliyev).