Başı açıq idi, uzun, qara hörükləri ayrıca bir canlı kimi gərdənində yumşaq-yumşaq tərpəşirdi (M.Süleymanov); Yaman süstləşmişdir, bu, yorǧunluǧunun əlaməti idi (“Azərbaycan”).
Çalış ki, tərs yerindən yox, avand yerindən tutasan (M.İbrahimov).
Tərs adamdır, amma düz adamdır (M.İbrahimov).
Ancaq indi işlər tərsinə dönmüşdür (İ.Şıxlı); Düzünə baxsan, anam toyuq-cücə sevmir (M.İbrahimov).
İşin tərsliyindən yolun yarısında maral büdrəyib qıçını sındırdı (S.Sərxanlı); Düzlükdə mahalda ona tay tapılmaz (M.İbrahimov).
Həyəti elə süpürürəm ki, ayna kimi tərtəmiz (M.Hüseyn); Məktub çox çirkli idi (Ə.Vəliyev).
Gör nə xoş təsadüfdür (S.Vəliyev); Zərurəti dərk etməyincə; Gedirik, gedəcəyik; darısqallıqdan keçə-keçə (R.Rza).
Şəhadət haqdan başqa hər şeyi inkar etməyin dəlilidir, namaz bəndəliyi iqrar etmək üçün sidqlə deyilən söz, oruc isə Allah-taalaya verilən vədi təsdiq üçündür (“Qabusnamə”).
Sifətində dərhal təşviş ifadəsi göründü... (S.Vəliyev); Vəziyyət yaxşıdır, rahatlıqdır (S.Qədirzadə).
O çox az danışan və təvazökar adamdı (S.Vəliyev); Elə buna görə də bəzən lovǧa, özündən razı, qeyri-səmimi şəxslər böyük vəzifə tutur (İ.Fərzəliyev).
Təvazökarlıǧına söz ola bilməz (Anar); Bu lovǧalıq pambıq yıǧımı və tədarükü vaxtı özünü daha aydın göstərdi (Ə.Vəliyev).
Beləcə təzadlı fikirlər və xoş xəyallarla irəlilədikcə üfüqlər qovuşurdu (M.İbrahimov); Hava aydın, göyün üzü açıq idi (M.İbrahimov).
Təzə paltar bir ay da; Dönməz idi əynində (İ.Tapdıq); Kimi içi yun isti çəkmələrdə, kimi nimdaş keçə ayaqqabılarda idi (M.İbrahimov).
Köynəyin tikili qoluna, sökük çiyninə bax, nəticə çıxart (“Ulduz”).
O hisli daxmacıq söküldü bu gün (S.Vurǧun); İclas üçün kənddə klub tikilir (Ə.Vəliyev).