Bəzi sahələrdə pambıq çox seyrəkdir (M.İbrahimov); Bu çəməndə bitən otlar o qədər sıx və uca idi ki, kəndlilər məni görmürdülər (M.Talıbov).
Arabir sıxlaşır səyyar buludlar (Ə.Kürçaylı); Getdikcə soldatlar seyrəkləşir, dəhliz tez-tez lap boş qalırdı (C.Məmmədov).
Seyrəklikdir, amma sakitlik yox (“Ulduz”); ...Sıxlıqda yaşadıqları üçün yaş, hörmət nəzərə alınırdı (M.Talıbov).
Deyəsən, vaqonda seyrəklik idi; səs-küy zad eşidilmirdi (İ.Məlikzadə); İş gününün sonu olduǧundan tramvay tünlükdü (C.Əmirov).
Tüstü azacıq seyrəldi (İ.Şıxlı); Buludlar sıxlaşdı, yaǧış yaǧmaǧa başladı.
Səadətlə bədbəxtlik arasında bir addımdan artıq məsafə yoxdur (M.Talıbov).
Oǧulla qıza bax polad səbatlı (S.Rüstəm); Dəyişkəndir, ona etibar etmək çətindir.
Bu, səbirli, dəyanətli, çalışqan uşaqdır (A.Şaiq); Cırtqoz kişidir, bir söz deyən kimi alışır (“Ulduz”).
A kişi, nə səbirsiz adamsan (S.S.Axundov); Bizim yeganə çıxış yolumuz budur: hissiyyata qapılmamaq, səbirli, təmkinli olub iş görmək (S.Vəliyev).
Arvadlar qaldılar cəhalət və səfalət pəncəsində (C.Cabbarlı); Sevinc içərisində qaldılar (Ə.Əbülhəsən).
Sən niyə belə səfeh sözlər danışırsan? (Ə.Haqverdiyev); Əsgər bəy, mən səni bir anlaqlı adam bilirdim (Ə.Haqverdiyev).
Gələn görüşlərə ümid bəsləmək səfehlikdir (S.Qədirzadə); Kim bunu aǧıllılıǧın nəticəsi kimi qəbul edir (İ.Məlikzadə).
Əzəldən həmdəmi təklik, çən, çisək; Bir də səhər yeli, axşam küləyi... (H.Hüseynzadə).
Gecə dost tək səhərin əlini sıxıb gedir (S.Rüstəm).
Bütün qadınlar bu səhərki polis qadını kimi mərhəmətli olmayacaq ki (S.Vəliyev); Axşamkı hadisə yaddan çıxmaz (“Azərbaycan”).