Sevincim üzünü tutanda daǧa; Saǧdışım, soldışım ələmim olsun? (H.Hüseynzadə).
Sənin kimi saǧlam, vidli-fasonlu oǧlan da pul haqqında danışarmı? (C.Əmirov); Azarlının yanında turşu yeməzlər (Ata. sözü).
Saǧlamlar cəbhəyə göndərilir, müharibə əlilləri onları əvəz edirdi (Ə.Vəliyev).
İnsanın yaşaması üçün saǧlamlıq əsas şərtdir. Əlillik pensiyası alan Səfər kənddə bir müddət tüfeyli həyat keçirmiş, sonra el-obanın təkidi ilə gözətçi vəzifəsinə düzəlmişdi (H.Nadir).
Saǧlıq böyük dövlətdir, qədrini bilmək gərək (Ata. sözü); Bu və ya başqa xəstəlik qana öz təsirini göstərə bilər (C.Əmirov).
Onu mən bilmərrə boynumdan ataram, deyərəm kəbin saxtadır (Ə.Haqverdiyev); Döyüşçü, əsil döyüşçü olmaq lazımdır (S.Vəliyev).
Bir sözlə, çox saxtakar adam idi (M.İbrahimov); Səmimi dostlar kimi bir-birindən ayrıldılar (“Ulduz”).
– Kişilik saxtakarlıq deyil, əliqəmbərli (İ.Fərzəliyev); Əsillik, nəcabətlilik ailə ilə, köklə baǧlıdır (“Azərbaycan”).
Onun bu sözlərində bir saxtakarlıq duyulmaqda idi (M.S.Ordubadi); Hər şeydən əvvəl bizə yoldaşlıq səmimiliyi lazımdır (“Azərbaycan”).
Sakit, aǧıllı adama oxşayır (S.Qədirzadə); O bizim üçün çox qorxulu adamdır (S.Vəliyev).
İzdiham da Neva kimi qüvvətli və sakit axırdı (M.Hüseyn); Çay lal axırdı (S.Qədirzadə).
Göy meşələr, sakit kəndlər, səsli-küylü limanlar tamaşalı yerlərdir (S.Qədirzadə).
Onun belə arxayın danışması Əşrəfi həm sakitləşdirdi, həm də təşvişə saldı (İ.Şıxlı); Kərbəlayı Eyvaz daha da acıqlandı (Çəmənzəminli).
İstirahət günü olduǧundan şəhər milis idarəsində adi günlərə nisbətən sakitlikdir (C.Əmirov); Aralıǧa çaxnaşıqlıq düşdü (İ.Şıxlı).
Baba, gör nə sakitlikdir?! (G.Hüseynoǧlu); Həkimliklə əsəbilik tutmur (Ə.Vəliyev).