Soyuq-soyuq aǧıldan sadəlövh yaxşıdır (C.Novruz); İnadkar uşaq kimi gücü çatdıqca cır-cır çıǧırırdı (Mir Cəlal).
Bir də fikirləşirdim; bəlkə, bu ananın sadəlövhlüyündəndir (Mir Cəlal); Əvvəldən başladıǧı inadkarlıq, qürur hissi onu sözündən dönməyə qoymur (S.Qədirzadə).
Sadiq adamdır, ona bel baǧlamaq olar. Onun təbiəti elədir, xəyanətkardır (H.Nadir).
Bir sadiq ömür dostum; Şeir dilli yarım var (R.Rza); Namərdəm tutmasam mən özüm! (S.Rüstəm).
Fazil, sadiq dostumuz! Sizi böyüdən atalar və analar müqəddəs dostluq önündə diz çökürlər (C.Məmmədov); Satqına rast gəlsə, satar Nəbini
(S.Rüstəm).
Ana öz övladına sadiqlik, mehribanlıq kimi hissləri
aşılayırdı. Qoca bu satqınlıǧı baǧışlayan deyil (M.İbrahimov).
Səhərin saf və gözəl havası, kolların və meyvələrin ətri, quşların nəǧmələri insana zövq-səfa verirdi (S.S.Axundov); Şəhərin havası çirklidir.
Qəlbinizdə varsa kin, qəzəb; çıxarın atın, çürük diş kimi (R.Rza); Onun inci kimi saf dişləri var (“Azərbaycan”).
Saf gümüşə çürük saman zərər verər (Ata. sözü); Bu, qarışıq qızıldır.
Neçə vaxtdı ki, orada canım çürüyürdü (S.Vəliyev); Erkən durmaq yaxşı şeydir, bədəni saflaşdırır (S.S.Axundov).
Bəli, saǧları saǧaldıram (S.S.Axundov); Xəstə gözlərini açdı (S.Qədirzadə).
Allah saǧ əli sol ələ möhtac eləməsin (Ata. sözü).
Platformanın hər tərəfi saǧa doǧru tərpənərək sürüşür, o biri tərəfi də sola doǧru (Çəmənzəminli).
Saǧalarsa həkiməm, saǧalmazsa, mən kiməm? (Ata. sözü); Qanadlarını sallayıb naxoşlamısan (M.İbrahimov).
Milis nəfərinə saǧdakı və soldakı qonşu qapıların zənglərini çalmaǧı tapşırdı (H.Nadir).