Start idman yarışlarının başlandıǧı yer, final isə idman yarışlarının yekunlaşdırıcı son hissəsidir.
Sən aǧacı götür, suçlu özünü bildirəcək (Ata. sözü); Nə qədər günahsız adamları bada veriblər (“Ulduz”).
Bəli, yox yer üzündə suçsuz adam (H.Cavid); Lakin könül bir sözdən; dərin yara alırsa; əcəb kimdir
günahkar? (R.Rza).
Zibil qutularını gündə bir dəfə boşaldıram, səkini gündə üç dəfə sulayıb süpürürəm (M.Hüseyn); Üç-dörd qız-gəlin enib qarını quruladılar, geyindirdilər... (M.Süleymanlı).
Dodaqları azca qalınlaşıb sulanmışdı (İ.Şıxlı); Dənizlər, çaylar quruyub, daǧlar çöküb (R.Rza).
Bu fikirlə çapdı atı; Endi sulu dərəyə (A.Şaiq); Göytəpə kəndinin üst tərəfi dəmyədir (İ.Şıxlı).
Bilmirəm, nə üçün o susqundur (“Ulduz”); Zövcəsi deyingən kişinin saqqalı tez aǧarar (S.Qədirzadə).
Demə gözə görünən sakitlik, susqunluq və mütilik aldadıcı bir tərzdə imiş (M.İbrahimov); Onun deyingənliyi adamı vərəmlədir (“Azərbaycan”).
Susma, sən sussan, mənim həyatım susar (A.Şaiq); Dillənir dindirməmiş gərəksiz bir saz kimi (S.Rüstəm).
Bu təmkinli, suyuşirin adama baxa-baxa nədənsə dənizi xatırlayıram (S.Sərxanlı); Ətiacı arvaddır (“Azərbaycan”).
Gecələr sübhə kimi, sakit edə bilmərəm, bu nigaran qəlbimi (R.Rza).
Eh!.. Atalar neylədi ki, sənin kimi südəmər oǧullar neyləsin (A.Şaiq); İmirin üzündə özündən çox-çox yaşlı bir gülüş vardı (M.Süleymanlı).
Sükut gərmiş qanadını evlərə, eşiklərə (H.Hüseynzadə); Bu hay-küy ona çox mənasız görünürdü (Mir Cəlal).
Üstümüzü alıb ilǧım; Nə sükut var, nə tufan var! (M.Dilbazi).
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik; Biz Vətən naminə ölsək, dirilərdən diriyik (B.Vahabzadə); Dövlət başçıları danışanadək; Mənim müharibəm davam edəcək! (S.Vurǧun).