Onun boynuna üç təqsir sarınmışdı: saxtakarlıq,
israfçılıq və qatillik (S.Rəhimov); Günahsızlıǧı onu bu dəfə o qovǧadan xilas etdi (“Ulduz”).
Elə bil birdən-birə onun qanı qatıldı (“Ulduz”); Öpdüm dönə-dönə, sinəmə basdım; Elə bil duruldu ürəyimdə qan (S.Rüstəm).
Zalım oǧlu aləmi bir-birinə qatıb, fikirlərin hamısını bir-biri ilə qatışdırıb ki, indi gəl sən, onları bir-birindən fərqləndir.
Asya süfrənin ucunu qatladı (Mir Cəlal); Bir enlikürək, boybuxunlu oğlan iclası açdı, danışdı (Mir Cəlal)
Gözəldir, günəşi, ayı səsləyib; Onları da bizim dəstəyə qatmaq (M.Müşfiq); Ayırdı məndən o məhruyi biməqam fələk (S.Ə.Şirvani).
Qayda-qanun bilmirdi, basıb yeyirdi (M.İbrahimov); Aranı qarışdırmaq, hərc- mərclik törətmək, dünyanı alt-üst etməkdən başqa bir niyyəti yoxdur (M.İbrahimov).
Bunun oynamaǧı gözəl və qaydalı idi (S.S.Axundov); Mariana ürəyində bu səliqəsiz arvaddan şikayətlənərək əl-üzünü yumaǧa getdi (S.Qədirzadə).
Təcrübədən bilirik ki, məhsulun qaydasız yıǧılması kolxoza böyük zərər vurur (V.Əliyev); O da təmiz və səliqəli geyinmişdi (M.İbrahimov).
Müharibə vaxtı Bakıya gəlmişsiniz? İlk qayıdışımdır (Mir Cəlal); Gedişi köksümə çökür odlu daǧ;
Görüşü qəlbimdə yandırır çıraq (A.Şaiq).
Məryəm səhər gedir, axşam qayıdırdı (M.İbrahimov).
Buradan mən görürəm çeşmələri qaynamaqda (A.Səhhət); Qurban bildi ki, ləyəndəki kəc quruyub zay olub (C.Məmmədquluzadə).
Həyət arı yuvası kimi qaynayırdı (İ.Şıxlı); Rüstəm kişinin aylarla içərisində gəzən nifrəti hələ
soyumamışdı (M.İbrahimov).
Samovar elə şiddətli qaynayır ki, guya ... bu saat hərəkət edəcək (C.Məmmədquluzadə); Çay soyumuşdu (Ə.Vəliyev).
Əsən yellər ətir saçır bizim qaynar çöllərə (S.Vurǧun); Soyuq uşaǧın əl və ayaq barmaqlarının ucunu ilan kimi sancırdı (A.Məmmədrza).
Su qaynarlıq həddinə çatıbdır. Suyun soyuqluǧu bədənini, qollarını gizildətdi (M.Eynullayeva).