Kazım ilə söhbətdən sonra müdir onun adını qaraladı (Mir Cəlal); Ər oxurmuş da, yazarmış da, anam! Ər deyil, möhlik azarmış da, anam! (M.Ə.Sabir).
Qış çıxır, üzü qaralıq kömürə qalar (Ata. sözü); Təslim əlaməti deyil bu aǧlıq (S.Rüstəm).
Bu zaman hava yavaş-yavaş qaralmaǧa başladı (M.S.Ordubadi); Gül ilə həmzəban olubdu bülbül; Açılıb bənövşə, yasəmən, sünbül (Q.Zakir).
Üfüqlər gah qaralır, gah qızarırdı (M.İbrahimov).
Uzaqda fişənglər yanır, qaralır; Başımın üstündə güllə fit çalır (Ə.Cəmil).
İşıǧam qaranlıqda, deyiləm bir qaraltı (S.Rüstəm); Uzaqdan gözümə bir aǧartı görünür (“İzahlı lüǧət”).
Zavoddan gəlmiş bir adam qaranəfəs içəri girdi (M.Hüseyn); Bir dəfə səhv elədin, yavaşca üstündən keçdim (Ə.Vəliyev).
Çiskin və qaranlıq gecəni aydın bir səhər əvəz etdi (M.İbrahimov).
İçəri qaranlıq çökdü (S.Qədirzadə); Qışlaqda idik, payızın aydınlıq gecəsi idi (A.Şaiq).
O hansı qaranlıq məsələdir? (M.S.Ordubadi); Onun nələr çəkdiyi mənə bəllidir (İ.Şıxlı).
Qaranlıq yerə daş atmazlar (Ata. sözü); Hər şeyi işıqlı və cazibədar idi (M.İbrahimov).
Bizim qabaǧımızda daǧ kimi duran istibdad, Şərq istibdadı və Şərq qaranlıǧı idi (C.Məmmədquluzadə); Mədənilik ətalətin və cəhalətin qənimidir.
Ayna Sənəm qarıgildən qaranlıqlaşanda qayıtdı (Ə.Məmmədxanlı); Silsilə təpələrin zirvəsi aǧarışırdı (İ.Şıxlı).
Qaraşın, yaraşıqlı, bıǧlı bir kişidir (S.Sərxanlı); Aǧbəniz qız gündən qaçırdı (“Jurnalist”).
Onun bacısı Səkinə xanım pəncərə qabaǧında durub qaravaşı Gülsəbanı çaǧırır (M.F.Axundzadə).