Təhminə qurulanırdı (Anar); Gəldiyev gələn kimi düyü islanır, qazan asılırdı (Mir Cəlal).
Nuxada yeni fabriklər, zavodlar qurulmuşdu (İ.Əfəndiyev); Aǧlım başımda olmadıǧından dəzgahda qəzaya yol vermişdim, hər şeyi sınıb daǧılmışdı (S.Qədirzadə).
Yeni axar çaylar üzrə dəmir körpü qurulacaq; Yeni sahil lampaları alışacaq çıraq-çıraq (S.Vurǧun); Köhnə, uçuq körpülər söküldü.
Adanın quruluq hissəsində oturub dənizə baxırdıq. Gəl danışaq ki, bataqlıǧa gedən namərddir (M.İbrahimov).
Əsərin dilində quruluq var. Roman canlılıǧı ilə oxucunu razı salır.
Onun quruluǧunu zahiri görünüşündən təyin etmək olur (“Ulduz”); Dayıdostum anasının köklüyünə işarə ilə söhbətə qarışdı (S.Qədirzadə).
O, köksündə nə isə tənglik, bundan başqa boǧazında da bir quruluq hiss edirdi (Ə.Əbülhəsən); Qar az yaǧdıǧından torpaǧın nəmliyi kifayət deyil (Ə.Vəliyev).
Hər yay arxdan su daşıyıb, bu aǧacı qurumaǧa qoymamışdı (M.İbrahimov); Qar əriyir, sellər axır, ot göyərir səhrada (C.Cabbarlı).
Hava o qədər istidir ki, adamın dil-dodaǧı quruyur (A.Şaiq); Qorxuram göz yaşımdan; Qoynunda gül islana (Bayatı).
Dərd onu üzür, elə bil ki, heç nə yemir, quruyur. Heç bir iş görmür, yeyib-içib yatır, günbəgün kökəlir.
A...a... boǧazım nə üçün qurudu (C.Əmirov); Su içəndən sonra özünə gəldi, boǧazı yaşlandı (M.Süleymanlı).
...Qan sorub şişdikdə sahibi onları sıxır, tamam sorduqları qanı qusurlar (M.F.Axundzadə); Biz hava istərik, təmiz bir hava; hava qoxlamayaq, hava udaq biz (H.Hüseynzadə).
İndi onlar, o quşbeyin Məmiş də qəmiş olub keçiblər yazıǧın boǧazına (İ.Fərzəliyev); Qulam, göz dəyməsin, çox aǧıllıdır, bizi hər görəndə əldən-ayaqdan gedir (S.Qədirzadə).
Gərək o adamın dədəsinə od vurasan və elə vurasan ki, heç bilməsin ki, bəla güneydən gəldi, ya quzeydən (N.Vəzirov).
Bir tərəfi quzulayıb ot saçaqları saxlanan bir təpədə iri qol-qanadlı qurumuş bir aǧac vardı (Çəmənzəminli); Rüstəmə elə gəldi ki, arvadının əli bərkimiş və kobudlaşmışdır (M.İbrahimov).