Danışan qazmaçı bir neçə kəlmə ilə sözünü qurtardı (M.İbrahimov); Başlasın qoy bu adla; Gəncliyin xoş nəǧməsi (S.Rüstəm).
Biz bu ərəb yırtıcılarından, bu vəhşi əlbəyilərdən qurtulmalıyıq (C.Cabbarlı); Onlar Kipianinin nə üçün tutulduǧunu soruşur, bu işin səbəbini bilmək istəyirdilər (İ.Şıxlı).
Əlində tutduǧun o böyük məşəl; Göstərir aləmə qurtuluş yolu (S.Vurǧun); Könül bir quşdur ki, sevməz əsarət; Daim çırpınır, istəyir hürriyyət (A.Səhhət).
Elm adına bir quru böhtandı bu! Nifrətə şayandı bu! (M.Ə.Sabir); ...Kolxozun rəhbər işçiləri əsaslı səbəb olmadan və rayon təşkilatları ilə razılaşdırılmadan tez-tez vəzifələrindən dəyişdirilir (Ə.Vəsliyev).
Gözlərini anasının yanına sallanmış damarlı, quru əllərinə zillədi (Ə.Məmmədxanlı); Qırmızı gilasa oxşar ətli dodaqları və balaca zərif burnu vardı (S.Qədirzadə).
Dəmir quru və tələbkar bir sifət aldı (S.Rəhimov); Lakin, deyəsən, o yenə əvvəlki kimi gülərüzlü, sakit, mülayim idi (M.İbrahimov).
Torpaq qurudur, göydən bir damcı da düşməmişdi. Mən bu əsərimi indi yaşadıǧım kiçik, rütubətli, qaranlıq zirzəmidə yaradıram (S.Vəliyev).
Daǧda, dənizdə, quru çöllərdə, ormanda yaşayan canlı heyvanlar, onların yeyib-içməsi və şəkilləri də fərqlidir (M.S.Ordubadi); Sulu əllərini əvvəlcə saçına, sonra da saqqalına çəkdi (İ.Şıxlı).
Yediyi, içdiyi həmişə dişləmə çay ilə quru çörək idi (B.Talıblı); Təzə çörəyin iyi həyəti bürümüşdü (M.İbrahimov).
Son vaxtlar rayonlarda havalar quru yox, yaǧışlı keçir.
Daima qısqanan ürkək bir həyat; Məncə bu dünyada bir quru səsdir (S.Vurǧun); Mən bədbəxt də bu tülkülərin yaǧlı dillərinə aldandım (C.Əmirov).
Qurunun oduna yaş da yanar (Ata. sözü).
Yazıq bir parça quru çörəyi də göz yaşı ilə yeyir (A.Şaiq); Qonşusu isə ehmalca başını tərpətdi, yanaqları yumşaq rahətül-hülqum kimi titrədi (S.Qədirzadə).
Uşaǧı mübarizə və qurucu həyata hazırlamaq lazımdır (S.Rəhimov); Dalǧanın daǧıdıcı zərbəsinə davam gətirməyib yıxıldı (“Azərbaycan qadını”).
Zöhrə suya çəkməkdə olduǧu paltarı sərib qurtardı, əlini quruladı (Ə.Vəliyev); Gözlərindən tökülən isti yaşlar isə açıq sinəsini islatdı (H.Nəzərli).