Zeyǧəm isə əllərini qoşalayıb çırtıq çalırdı (S.Rəhimov); Kamilə gəlinciyini o biri oyuncaqlarından seçib təklədi.
Atlar qoşalaşdı (İ.Şıxlı); Axsaq qoyun sürüdən aralanıb təkləndi.
Qoşalıq anaya sevinc gətirdi. Təklik, kimsəsizlik onun da qəlbini sıxmırmı? (S.Qədirzadə).
Sənin xatirin üçün qırx yeddi manata qoşaram (Ə.Haqverdiyev); Süngülər açmayan yolu açdın; Qələmindən cavahirat saçdın (A.Səhhət).
Mən də “Qardaşlar” birliyinə qoşuldum (Ə.Məmmədxanlı); Gülnaz bir neçə addım anasından ayrılıb, özünü qabaqda gedən üç nəfərə çatdırdı (M.İbrahimov).
Aləmə şuriş salıbdır, fitnəyə, qovǧaya bax (Heyran xanım); Şəhərdə asayiş və əmniyyəti pozmaq... istəyənlər olduǧu yerdə cəzalanacaqdır (M.S.Ordubadi).
Muǧanlı Səfərəli qızını sevgilisinə qovuşdurmadımı? (M.F.Axundzadə); Bəli, Mariananı ondan ayırmaǧı ancaq sən bacararsan (S.Qədirzadə).
Turşsu çayların içi ilə Araza axır, Kürə qovuşur (S.Rəhimov); Münəvvərin səsinə xəyaldan ayrıldım (S.Qədirzadə).
Sabirin əsərlərini janra görə qruplaşdırmaq da həmişə müəyyən çətinliklər törədir (M.Məmmədov); Hər nə əlinə düşsə idi, yoldaşları ilə bölüşərdi (S.S.Axundov).
Zülmətin yer üzünü qaplaması; Qəlblərdə oyandırırdı qubar (C.Cabbarlı); Gözlərində sevinc işartısı vardı (S.Qədirzadə).
– Ə, ay Fikrət, adamın ürəyini niyə partladırsan, niyə belə qubarlanırsan? (M.İbrahimov); Məgər mən elə bu yerdənmi gəlmişəm, qonaqların yanında fəxr edib sevinməsin! (S.Qədirzadə).
Dərdli, qubarlı aşiq; Gəlib görüşür yenə (M.Rahim); Raykom katibi ürəkdən gələn fərəhli bir səslə dedi (Ə.Vəliyev).
Bəs elə isə gəl aǧuşuma, qucaqlaşalım (C.Cabbarlı); Güləsər ondan aralanıb evlərinə doǧru yollandı (İ.Şıxlı).
Qurban olum, qardaş! Bunlar çox quduz adamdırlar. Sərhesab ol (N.Vəzirov); Sadə, mülayim xasiyyətli, aǧıllı, tərbiyəli qadın idi (S.Qədirzadə).
Ana, quduzlaşır həyat, ilbəil; Dalayır puç olan ümidlərimi (B.Vahabzadə); Rövşən oǧlunu sərt qarşıladı, sonra mülayimləşdi.