Məgər bu şəhərdə hamıdan qoçaq mən oldum? (C.Məmmədquluzadə); Mən qorxaq sandıǧım adamları utandırmaq üçün kartof-soǧan soymaǧa mətbəxə göndərirəm (S.Qədirzadə).
Cahan hər işi düzəldir, qoçaq arvaddır (Ə.Haqverdiyev); Özündən zəiflərə zülm edənlər və tənbəllər qalmayacaq (M.İbrahimov).
Kamran yaman qoçaqlaşıb (Ə.Vəliyev); Traktorçu son vaxtlar yaman işdən soyuyub, yaman tənbəlləşmişdir (“Ulduz”).
Cahanın qoçaqlıǧını ondan bil ki, bu yaşında üç-dörd ayın içində savadlandı (Ə.Haqverdiyev); Gözünə döndüyüm Anaxanım da eləmə tənbəllik, elə birinci kərə doǧum evindən çıxanda nə az, nə çox, gözəl-göyçək üç uşaq gətirdi (S.Qədirzadə).
A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qoçaqlıǧı lap qələt anlayırsan (M.F.Axundzadə); Toxtat özünü; Qorxaqlıq daha sənə eyibdir! (İ.Tapdıq).
Qoçular, quldurlar qatar taxardı; Faǧır-füqəraya yan-yan baxardı (Aşıq Ələsgər).
Millətpərəstlikdən, vətəndaşlıqdan dəm vururuq qaraca qəpikdən ötrü, qoçuluq edirik genə o qəpikdən ötəri (N.Vəzirov); Faǧırlıq olar, amma bu dərəcədə də yox da.
Hazırda mən öz qohumlarım və elim ilə bərabər cəbhəyə gedirəm (M.S.Ordubadi); Azad yad adamın bu hərəkətlərindən çox şübhələndi, dərhal ayaǧa qalxıb onu qarşıladı (A.Şaiq).
Mən özümü çox xoşbəxt hesab edirəm ki, sənin ilə qohumlaşmaq mümkün olaydı (S.S.Axundov); Gediş-gəliş olmayanda qohum da yadlaşır.
Bununla bizim bir yüngülvari qohumluǧumuz da varmış (C.Məmmədquluzadə); Yadlıǧı yadına düşüb qəhərləndi.
Bu rütubət və üfunət qoxusu oradan gəlirdi (M.Rzaquluzadə); Hər tərəfə ətir səpilmişdi (Mir Cəlal).
Ətrafdakı qoxulu bataqlıq məni o qədər də bürüməmişdir ki, ondan xilas olub çıxa bilməyim (Ə.Şərif); Axırda lap yaxında üzbəüzündə durub, şadlıqla güləndə ilıq, ətirli nəfəsi oǧlanın sinəsində gəzdi (S.Qədirzadə).
Molla Rəcəb bir dəstə kənd qolçomaqları ilə və bəyləri ilə bir yerdə həbsə alınıb, dama salındı (B.Talıblı); Deyirlər kəndliyə verilir torpaq; Arpa yeyənlərin iştahına bax! (S.Vurǧun).
Sonra qondarma bir qəhqəhə çəkib bərkdən güldü (S.Qədirzadə); Təbiidir ki, öz oǧluna da hisslər və duyǧular aşılamaǧa çalışmış... (M.İbrahimov).
Naşı bənna qondarıbdı novdanı, xalq neyləsin? (M.Möcüz); Bu saat yenə sultanın qoşunları İranın bu guşəsini söküb kəndləri daǧıtmaqdadır (C.Məmmədquluzadə).