Gecələr uzanır, günlər qısalır; Göy üzünü qara buludlar alır (A.Şaiq).
Heç qısılma bu məclisdə; Bu məclis ər meydanıdır (Aşıq Vəli); Salmanın rəngi açıldı (M.İbrahimov).
Şirinin qızı qısır Narıngüllə bərk alışıb (İ.Əfəndiyev); Çobanlar doǧar qoyunlara qış aylarında daha çox fikir verirlər.
Südün dadını qısır əmən dana bilər (Ata. sözü); Gecə-gündüz çörəyini yeyib, çayını içib özünü də qumarda saǧmal inək kimi saǧırdı (S.S.Axundov).
Qaynana bu səadətə qarşı qısqanc və zidd vəziyyət almışdı (Çəmənzəminli); Ürəyiaçıq adamdır (“Azərbaycan”).
Sənin qısqanclıqların da, şübhələrin də mənə xoş gəlir (M.İbrahimov); Ürəyimdə qoşun-qoşun təmizliklər; Bir də infarkt uyuyarmış (C.Novruz).
Qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları ver (Çəmənzəminli).
Bu qədər qışqırıǧa durdu qonum-qonşu tamam (M.Ə.Sabir); Sakitliyi gərginliyə dəyişən var (C.Novruz).
Bir də var qüvvəsi ilə qışqırdı (S.Qədirzadə); Bondarçuk birdən susdu (S.Qədirzadə).
Küləkli qar, yaǧış yaǧar uzun-uzadı yaylaǧa; Köçər bu vaxt el-oba, enər tamam qışlaǧa (A.Səhhət).
Bu qış burada qışlamasan, madarım keçməz (S.S.Axundov); İbrahim əmi bu yayı yaylaqda yaylamışdır.
Qışlıǧın tədarükünü yayda, yaylıǧın tədarükünü isə qışda görmək lazımdır.
Sərv aǧacı hər aǧacdan ucadır; Əsli qıtdır, budaǧında bar olmaz (Xəstə Qasım); Ancaq xoşbəxtlikdən meyvənin bol vaxtı idi (Ə.Vəliyev).
Qıtlıq illər yaǧışıtək quruyub göz yaşımız... (Şəhriyar); Bir yanda hakimdə böyük bir bolluq; Bizim nəsibimiz aclıq, yoxsulluq! (Ə.Cavad).
Həkim yaşlı, lakin qıvraq bir adamdır (Ə.Əbülhəsən); Burada xəstə çoxdur (S.Qədirzadə).