Qınamasın məni könlü bütünlər; Fikrim daǧınıqdır, xatirim əvraq (Q.Zakir); Qoçəli bir neçə dəfə də Qulu ilə görüşüb onu təriflədi (İ.Fərzəliyev).
Biz tarixdə heç bir zaman; Gözü qıpıq olmamışıq! (S.Tahir); O, yaşadıǧı mühitə Nəcəf bəy kimi deyil, gözü açıq baxır, kiminlə nə cür davranmaǧı bacarır (Ə.Haqverdiyev).
Saǧ əlimi masanın qıraǧına dayayıb durdum (A.Şaiq); Qulam bu dəfə arxa tərəfdə yox, ortada, qurşaǧa qədər suyun içində oturdu (S.Qədirzadə).
Dəryada çıraq yanar; Baxdıqca iraq yanar; Yar yarına qovuşsa; Dost gülər, qıraq yanar (Bayatı).
Yaxanı ona tanıtma, qırxdilli qadındır, səni tələyə sala bilər. Qiymətin dediyinə görə, Gülsabah çox çalışqan və namusludur (Ə.Vəliyev).
Bahadır bu fikirdə ikən İvan qapını açıb, əlində samovar, üstündə mis çaynik, iki fincan, bir neçə qənd qırıǧı içəri daxil oldu (N.Nərimanov); Bütöv bir qəndi aǧzına qoydu.
Sarxan əlindəki qırıq fənəri yuxarı qaldırdı (M.Hüseyn); Rabitə hələlik saz işləyirdi (S.Qədirzadə).
Bütün vücudumda bir qırıqlıq, bir sızıltı hiss edirəm (A.Şaiq); Əhməd kişinin sazlıǧı qaldı qiyamətə.
Polkovnikin alnındakı qırışıqları sıxlaşdı (S.Qədirzadə); Açıq yaxasından görünən sarǧı qabaqdan da qana bulaşmışdı (S.Qədirzadə).
Onun alnı qırışmışdı, qaşları az qala gözlərini bürümüşdü (Ə.Vəliyev); Çəmənlikdə xudmani süfrələr açıldı, şirin söhbətlər başlandı (S.Qədirzadə).
Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır (Mir Cəlal); Qərənfil pəncərənin şüşəsinə baxıb kəlaǧayısını düzəltdi (S.Rəhman).
Oxundu qısa dua; əyildilər torpaǧa (A.Şaiq); Kürd Əhməd, xarici ticarətxanalarla əlbir olmuş bir ovuc tacirlərin işlədiyi cinayətləri ətraflı olaraq Friduna danışdı... (M.İbrahimov).
Heyif ömür qısa, arzu genişdir; Kim bu qayǧı ilə titrəməmişdir? (M.Müşfiq).
Kərim baba... qısaboylu, geniş kökslü qoca idi (A.Şaiq); Onlar bir-biri ilə çox məsləhət etdi, nəhayət, ucaboylu kök jandarm yavaş- yavaş pilləkənləri çıxmaǧa başladı (A.Şaiq).
Aǧıl adamın boyca qısalıǧı və ya ucalıǧı ilə ölçülmür.