Qərib yerdə dost olan adam vətəndə doǧma qardaş olar (S.Vəliyev).
Bu xəbər hamıya qəribə təsir baǧışladı (S.Vəliyev); Bu sizin üçün adi alışqanlardan deyil (S.Qədirzadə).
Onun hərəkətində bir qəribəlik vardı. Onun adiliyi ilə ciddiliyi arasında heç bir fərq görünmürdü.
Qərib get-gedə doǧmalaşır, doǧmalar isə əksinə, qəribləşir.
Yad ellərə düşəndə qəriblik boǧur məni… (Ə.Cavad); Buna baxmayaraq, burada Güləbətin qəribə bir doǧmalıq hiss edirdi (M.İbrahimov).
Mən tanıdıǧım bir nəfər də yox idi. Ona görə bir küncdə qəribsəyirdim (Mir Cəlal); Səsini eşidəndə o qədər sevindim ki, sanki neçə ay idi görüşmürdük (M.İbrahimov).
Nifrət olsun, lənət olsun tarixlərdə qəsbkara (M.Dilbazi); Rüxsarə axırıncı olaraq öz xilaskarını ziyarət etməli, onunla vidalaşmalı idi (S.Rəhimov).
Qaranlıq gecəni işıqlandıran ay hər yerdə parlaq və qəşəngdir (S.Vəliyev); Hərdən kifirə də gözəldir deyin (C.Novruz).
Ucalmış, qara saçları daha da sıxlaşmış, özü dəyişib qəşəngləşmişdi (S.Rəhimov); Elə gözəl xanım indi arıqlamış, balacalaşmış, kifirləşmişdi.
Sıx qara saçları... sifətinə bir qəşənglik, bir yaraşıq verir (S.Rəhimov); Üzündən, gözündən kifirlik daşır; Deyəsən, qəlbində qürur oynaşır (S.Vurǧun).
Mən qorxudan bihuş olub yıxıldım; Qəşş aləmində bir tamaşa qıldım (A.Səhhət); Həkim xəstənin ayılmasını gözlədi (M.Hüseyn).
Şamonun qətiliyini görən Safo onun sözünü çevirmədi (S.Rəhimov); Onun səsində qətiyyət yox, tərəddüdlük vardı.
Ancaq gərək sualımdan qəzəblənməyəsən. Qəzəblənmərəm, xəbər al! (Ə.Haqverdiyev); Anası Sənubər Güləndamın hövsələdən çıxdığını görüb onu sakitləşdirdi (İ.Fərzəliyev)
Patrul qəzəbli bir pıçıltı ilə xəbər aldı (S.Vəliyev); Sular yataǧında sakit və hərəkətsiz idi (S.Qədirzadə).
Mirzə Kələntər maarif şöbəsinin müdirinin üzünə baxıb qımışdı (S.Rəhman); Kiçikbəyim aǧlamsınaraq başmaǧı onun əlindən alıb, hasarın üstündə oturdu (Çəmənzəminli).