Çox qəliz soruşmadınızmı? (C.Cabbarlı); Niyə sən sadə şeyləri başa düşmürsən? (M.İbrahimov).
Məsələnin qəlizliyindən bir şey anlamaq olmur (“Azərbaycan”); Bəli! – deyə sarışın bir uşaq sadəliyi ilə cavab verib, Səlimxanovun üzünə baxdı (S.Qədirzadə).
Olubdu qəm yataǧı şad gördüyün könlüm (Heyran xanım).
Qəmginliyinə səbəb sevimli müəllimlərindən ayrılacaǧı idi (S.S.Axundov); Qəlbinə şadlıq doldu (S.Qədirzadə).
Eldar qəmləndi bu işə (A.Şaiq); Lyudmila ilə birlikdə Kiyevə gedəcəyindən sevinən Rantik ürəyində şadlandı (C.Əmirov).
Hüseyn Günəşə baxaraq nə isə qəmli, dərin şeylər düşünürdü (S.Rəhimov); Şad xəbər alan kimi sevinə- sevinə qadına müraciət etdi (C.Əmirov).
Xəstənin borcu bir qənaətdir (M.S.Ordubadi); İsraf haramdır (Ata. sözü).
Öz sənətini sevən, son dərəcə qənaətkar, aǧırtəbiətli bir kəndli var (A.Şaiq); Əlbəttə, bilirsiniz ki, adətən israfçılar çox vaxt xəsis, saxta, xeyirxahlar isə lovǧa olurlar (M.Talıbov).
Hər şeyin bir qənimi, bir zavalı var (M.İbrahimov); Sən həyat dostusan, ellər zinəti! İnsanlıq eşqidir köksündə yanan (S.Vurǧun).
Yanında xırda gümüş qaşıq olan fincan isə qocanın qarşı tərəfindəki həsir səndəlin qənşərinə qoyulmuşdu (İ.Əfəndiyev); Mədəd naharını qurtarıb qapıdan çıxdı, Kosa onun arxasına düşdü (S.Rəhimov).
Qərbi və Şərqi Sibir faydalı qazıntıları, neft və qazı ilə məşhurdur.
...Nə isə qərəzli və kinli adam tərəfindən yazıldıǧını hiss etdi (M.İbrahimov); Təbiəti belədir, xeyirxahdır (M.İbrahimov).
Sən həmişə çalışırsan ki, qərəzliliklə iş görəsən. Bu xeyirxahlıq kimə lazımdır ki, adamların həvəsini öldürəcək, nöqsanı deməyə qoymayacaq? (M.İbrahimov).
Sən həmişə qərəzsiz yardıma tərəfdar olmusan. İşində də, rəftarında da ədavətlidir.
Yox, qardaşım, bizi dartıb qərib vilayətə apardıǧın yetər, daha bunu vermərəm, – deyə anam dayımın təklifini rədd etdi (S.S.Axundov); Gəlir vətən oǧlu doǧma diyara (M.Rahim).