Qədimi qulundur Zakiri-xəstə; Məhəbbət et ona, barı, görəndə (Q.Zakir); İrəlidə Səmədi tamamilə yeni bir həyat, yeni işlər, yeni qayǧılar gözləyirdi (İ.Hüseynov).
Necə? Yoxsa mənim nəslimin qədimliyinə şübhə edirsən? (S.S.Axundov); On ilin ərzində kənddəki yenilik tək bir məktəb binasından ibarətdir (Ə.Vəliyev).
O, qəfildən başını qaldırıb üzünü Sarışına tutdu (S.Qədirzadə); Tədricən hava açılırdı.
Vay sənin halına, vay sənin halına ki, qəflət gözünü örtübdür (M.F.Axundzadə); Mədəniyyət xalqın gözünü açır, onun inkişafına təkan verir.
Su kənarında qəflətən naçar; bir quzu bir gün oldu qurda düçar (A.Səhhət); O tədricən dostuna yanaşdı.
Uşaqların belə kədərli aǧlamasını görüncə Gövhərə qəhər üz verirdi (Ə.Vəliyev); Sevincim mahnıya çevrilmişdi... (S.Qədirzadə).
Təbrizdə bu saat qəhətlikdir və əhali çörək üzünə həsrətdi (C.Məmmədquluzadə); İl var bolluq olur; İl var kasad olur; Bu il bolluq idi (R.Rza).
Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə qopdu (A.Şaiq); Aǧlaşma qurub ərlərinin ətəklərindən yapışıb davaya getməyə qoymurlar (S.S.Axundov).
Ceyran cəsur, mətin, qəhrəman bir qadın idi (S.Hüseyn); Ana yurdu bu şən torpaq; Yetişdirməz xain, qorxaq (A.Şaiq).
Qəhrəmanlıq yalnız silah deyil, bilik də tələb edir (M.S.Ordubadi); Qıraqdan baxanlar müəllimin qorxaqlığına gülmüşdülər (Mir Cəlal).
Göylərə baş vuran bu qəlbi daǧlar; həyata çaǧırır hər zaman bizi (S.Vurǧun); İndi dostunun evində onun başaltısı alçaq idi (Ə.Vəliyev).
Hər qəlbiqara nakəs ilə eyləmə ülfət (S.Ə.Şirvani); O qızın təmiz məhəbbətinə özümü layiq bilmirdim (S.Qədirzadə).
Qələbə bayraǧı qaldırıb yenə; Əmək cəbhəsinin qəhrəmanları (O.Sarıvəlli); Sıǧdıra bilmədi daǧ qüruruna; Təpə önündəki məǧlubiyyəti (B.Vahabzadə).
A qardaş, bircə qulaq as, gör nə deyirəm, sən qoçaqlıǧı lap qələt anlayırsan (M.F.Axundzadə); Yar yanında günahkaram; Doǧru sözüm yalan oldu (Aşıq Ələsgər).
Dursun ölmədiyini... qəliz andlar ilə zor-güc Ballıya inandırdı (A.Şaiq); İndiyə qədər sənin ifadə etdiyin vəzifələr bundan asan vəzifələr idimi? (M.S.Ordubadi).