Çox uzun laǧlaǧı, həm də qaba bir adam idi (M.Hüseyn); Məktubu oxuyarkən əlindən çıxardıǧı zərif yun əlcəkləri paltosunun cibinə soxdu (Ə.Əbülhəsən).
Məsələn, hər kəs su içməmişdən qabaq su içmək ehtiyacı duyur (M.İbrahimov); Pələngin dərisini soyub evə qayıdandan sonra qonşular başına yıǧıldılar (A.Şaiq).
Mən qabaqca gedirəm, o da arxamca gəlirdi (S.Hüseyn).
Özü qabaqca, mən isə dalınca getdim (M.S.Ordubadi).
Qabaqca Münəvvər xanım atası ilə görüşürdü: – Ana, salamat qal! Yenə tezliklə sənin ziyarətinə gələrəm (M.S.Ordubadi); Sonra Miko elə oradaca qədəhini yenidən doldurub dedi (İ.Əfəndiyev).
Qabaqcıl ziyalılarda bir ruh yüksəkliyi, coşqunluq, ümid hiss edilirdi (A.Şaiq); Öz əqidəsinə görə çox mühafizəkar adamdır (Ə.Şərif).
İki gün qabaqkı əzab və əziyyət yenə də yadına düşdü (Ə.Vəliyev); Mən sonrakı günümüzü fikir eləyirəm, sən də kef axtarırsan.
Şaiqin rəftarı yoldaşlarına qarşı qabalaşmışdı. Zərifə böyüdükcə həm xasiyyətcə, həm də zahiri cəhətdən zərifləmişdir.
Qabalıǧı üstündə onu Anateli bir dəfə vəzifəsindən qovmaq istəyirdi (S.Vəliyev); Taqqıltının zərifliyindən duyuram ki, qadın barmaqlarıdır (S.Qədirzadə).
Sinəsi qabarıqdır, canlıdır biləkləri (S.Rüstəm); Onun sifəti bir qədər yatıqdır (“Jurnalist”).
Qərbi Avropanın şimal və qərb hissələrində böyük qabarma və çəkilmələr olur.
Birdən sanki üfüq enir, torpaq qabarır; Qarşımızı kəsən, daǧı bir əl qopardı (R.Rza).
Çingiz köks dolusu nəfəsini dərdi, sinəsi qabardı, yatdı (S.Qədirzadə).
Göyərçin Xudaverdini götürüb qapıdan cəld çıxaraq Maroya qabardı (S.Rəhimov); Bu fikir Lal Hüseyni yumşaltmaǧa, əvvəlki incik görkəmini dəyişməyə məcbur etdi (M.İbrahimov).
At yalını qabarmış, quyruǧunu dikəltmiş, gözlərini və ayaqlarını oynadırdı (S.Rəhimov); Şiraslan... üzüyuxarı qabaran saçlarını bir anlıǧa da olsa, dala yatırtdı (S.Rəhimov).