...Xəstəxanada yatan arvadının əhvalı getdikcə pisləşirdi (S.Qədirzadə); Xəstənin yaxşılaşması, irəli gəlməsinin bir səbəbi də onun mənəvi cəhətdən, ruhən dinc və arxayınlıǧıdır (Mir Cəlal).
Doǧrudur, insan yaxşılıqdan razı, pislikdən narazı olur (M.Talıbov).
Həlimənin pozǧun qadın olduǧuna öz-özlüyündə yəqinlik hasil edən kapitan Rəsulov söhbəti davam etdirdi (C.Əmirov); Hər namuslu oǧul, hər namuslu qız; Elin balasıdır, elindir yalnız (S.Vurǧun).
İndi ki, belə oldu, mən bu işi pozacaǧam (S.S.Axundov); Mən dilim dolaşa-dolaşa söz verdim ki, Dilgüşa ilə tezliklə düzəlişərik (Ə.Vəliyev).
Proloq ədəbi əsərdə başlanǧıc, giriş, epiloq isə ədəbi əsərin son hissəsidir.
Çünki onlar kasıb deyil, pulludur (A.Şaiq).