Demərəm, bilirsiniz ki, qadından onun yaşını soruşmaq nəzakətsizlikdir (C.Əmirov); Qanacaqlılıǧı onun kollektiv arasında hörmətini artırır.
Dərsin nəzəri məsələləri təcrübi məşǧələlərdə şərh olunmalıdır.
Nəzəriyyə ilə praktika bir-birini tamamlayır. Nəzəriyyə praktikasız kordur, praktikasız nəzəriyyə heçdir.
Nicat və mərhəmət qapıları açılmadı (M.İbrahimov); Onların bütün hərəkətləri böyük bir fəlakət bildirirdi (M.İbrahimov).
Məhəbbət və nifrətdan başqa laqeydlik də var (A.Məmmədov).
Rəsulovun bu baxışında həm maraq, həm də nifrət oxunurdu (C.Əmirov); Əsər tamaşaçıların rəǧbətini qazanmışdı.
Aslan düşərgədə də belə xəyalpərvər və nikbin idi (S.Vəliyev); Həsən təbiətin bədbin və hövsələsiz bir adamı idi (Çəmənzəminli).
Nikbinləşməyə əsas vardır. Günəş də bunu görüb ümidini kəsir, bədbinləşir, bəxtinə lənət oxuyurdu (Ə.Vəliyev).
Vaqiflə Vidadinin məşhur “Deyişmə”sində... sevinc ilə kədər, nikbinliklə bədbinlik, əqli-ürfani ucalıqla dünyəvi eşq qarşılaşır (Ə.Səfərli).
Sən bir dayan, bir baxım görüm, bəlkə, nimdaş bir şey tapa bildim (C.Cabbarlı); – Əlbəttə, təzə maşındır (T.Kazımov).
Danış ki, ürəyində qalmasın bir nisgilin (S.Rüstəm); Sabirin gözlərində sevinc ifadəsi canlandı (M.Hüseyn).
Onun evə qəlbi nisgilli qayıtmasına qıymadı (İ.Şıxlı); Nəşəli həyat sürürdü (İ.Fərzəliyev).
Demək, içərimizdə nizami əsgər yoxdur (S.Vəliyev); Özünün pozuq dəstəsi ilə daǧlara dırmaşmaǧa başladı (“Ulduz”).
Xətayi öz qoşununu nizamladı (M.Ələkbərli); Dəstəni pozdu (M.İbrahimov).
İngilis desantı nizamlı matros cərgələri ilə sahilə çıxdı (C.Məmmədov); Pozuq cərgədir, bir ölçü götürmək lazımdır.