Nəciblik həməndir, hünər o hünər; Günəşdən istilik, işıq alaram (M.Rahim); Burada kobudluq, etinasızlıq, dönüklük – hər şey vardır (M.İbrahimov).
Nəhəng bir xeyli şaha baxdı (İ.Şıxlı); Çənəsi yumru, burnu balaca idi (S.Qədirzadə).
Kibrit evin rütubətindən nəm çəkmişdi (S.Vəliyev); Kişi əlini bədəninə çəkdi, qupquru olduǧunu görüb paltarını geyindi (İ.Şıxlı).
Yaxşı ki, hər yer nəmdir, ləpirlər yaxşı görünəcək (C.Əmirov); İnəyin dərisi quru idi (C.Əmirov).
Bu il, qızım, türkün sözü, nəmişlik olmadı, havalar, türkün sözü, quru keçdi, mən də borca düşmüşəm (C.Cabbarlı); Bu il quraqlıq keçir.
Məlul baxır Mərmərə; Göy gözləri nəmlidir (M.Rahim); Hava qurudur (Ə.Vəliyev).
Quşlar verər səs-səsə: Nəşə gələr hər kəsə (A.Şaiq); Dosta bir belə bəla, cəfa vermək rəvadır? (S.S.Axundov).
Sabahın mənə kədər və ya nəşə gətirməsinin əhəmiyyəti yoxdu (M.İbrahimov).
Sonsuz nəşə duyuram bu sonsuz gəzhagəzdən (S.Rüstəm); Sizin müsibətiniz olduqca aǧırdır (M.S.Ordubadi).
Qız artıq nəşələnmişdi, içir və oxuyurdu (M.S.Ordubadi); O özü də kədərlənmişdi (M.Hüseyn).
Uzaqdan dadlı, nəşəli, yaxından zəhərli, cəfalı, bəlalı ömrü puç edən bir şeydir (S.S.Axundov).
Bu gün nəşəlidir söylədiyim qız (S.Vurǧun); Gözlərindən görürəm ki, dərdlisən (C.Əmirov).
Nəticədə kişi peşələrinin sayı xeyli artar. Ancaq başlanǧıc üçün bu heç də pis deyil (Ə.Əbülhəsən).
Rəisin nəzakətli ədaları Məşədibəyi təəccübləndirmədi (M.Hüseyn); Çox kobud adamdır (M.Hüseyn).
Heç bir nəzakətsiz söz tapa bilmədim (Mir Cəlal); O, ləyaqətli adamdır.