Aǧıllı düşmən nadan dostdan yaxşıdır (Ata. sözü).
Nadan atadan qız nə tərbiyə götürə bilər (S.S.Axundov); O, mədəni bir ailədə boy atmışdı (“Azərbaycan”).
Bir çoxları nadanlıq; Pəncəsində sıxıldı (H.Cavid); Mədənilik xalqın qəfil yuxusundan oyanmasına səbəb olur (“Ulduz”).
Sakitdir, nadinc deyil (M.Talıbov).
Nadir malların çoxunu müdir özünə yaxın olan maǧazalar arasında bölüşdürürdü (C.Əmirov); Bakıda kütləvi malların sərgisinin açılışı olacaqdır.
A nadürüst balası; sən dedin ki, mən də başa düşəm (S.S.Axundov); Türkün zatındadır kişilik, mərdlik; O, öz düşmənini vurmaz arxadan
(B.Vahabzadə).
İki nəfər arasında zahiri dostluǧun daimiliyi üçün mütləq yalan və nadürüstlük lazımdır (M.Talıbov); Əsil mərdlik timsalıdır (“Azərbaycan”).
Bu gün nisyədir, sabah naǧd ola bilər (M.Hüseyn); Borc verməklə tükənər, yol getməklə tükənməz (Ata. sözü).
Naǧdı qoyub nisyənin dalınca düşmə (Ata. sözü).
Ən yazıq, ən kiçik; Nahamar bir daşın ömrünə; Min insan ömrü də bərabər deyildir (R.Rza); Düz yol gedən yorulmaz (Ata. sözü).
Dünyada qoca, ya cavan nə gəzir? Bir naxoş var, bir salamat (Ə.Haqverdiyev).
Bəs eşitdim mallarda naxoşluq var imiş (Ə.Haqverdiyev); Danış görək şəhərdə daha nə var, salamatlıqdır? (C.Əmirov).
Nainsafın kəli qaçar (Ata. sözü); Rəhmli adamların işi uǧurlu olur.
Bu yaşa gəlmişəm, məndən bir pis söz, bəd hərəkət, naqis əməl görməmisiniz və eşitməmisiniz (Ə.Vəliyev); Kamil bir şəxsdir (M.İbrahimov).
Namərd gəlib mərd olmaz (Ata. sözü); Kolxoz sədrinin səmimi etirafı, doǧru danışması, cəsa- rətli fikri onu fərəhləndirdi (Ə.Vəliyev).