Lakin o bütün bu məhdud və ziddiyyətli cəhətləri ilə, zəif və passiv etirazları ilə bərabər, öz dövrü üçün yeni və mütərəqqi bir simadır (F.Qasımzadə); O, mühafizəkar adamların hücumuna məruz qalır (F.Qasımzadə).
Yeja sifətinə müti bir ifadə verməyə çalışdı (S.Vəliyev); Asudə gəzin indi bu dünyanı, uşaqlar! (M.Ə.Sabir).
Demə, gözə görünən sakitlik, susqunluq və mütilik aldadıcı bir pərdə imiş (M.İbrahimov); Asudəlik istərsən, dünyadan uşaqlaş sən; Keçmişlərə et tövbə, təqsirinə peşman ol (Heyran xanım).
Bilin, yoxsulluq iki cürədir: mütləq yoxsulluq və nisbi yoxsulluq (M.Talıbov).
Axı indi müharibə bizimlə müttəfiqlərin arasındadır (S.Vəliyev); Rəqiblər arasında saziş baǧlandı.
Kapitan ilk nəzərdən leytenant Stepanovanın müvəffəqiyyətsizliyə uǧradıǧını başa düşdü (C.Əmirov); İşin uǧurluluǧu hamımızın ürəyindəndir.