Petrus sol ayaǧı üstə geri dönüb müntəzəm addımlarla uzaqlaşdı (M.İbrahimov); Anam vaxtaşırı məni başa çıxırdı (S.Qədirzadə).
Mən miss Hanna ilə bu kimi mürəkkəb bir məsələ ətrafında mübahisəyə girmək istəmirdim (M.S.Ordubadi); Silvionun dueli indiki vuruşmadan çox asandır (M.Hüseyn).
Cümlə quruluşuna görə sadə və ya mürəkkəb olur.
Əvvəllər çox adi saydıǧım məsələlər indi onun zehnində birdən-birə mürəkkəbləşir, onun iradəsini, mətanətini zəiflədirdi (M.Hüseyn); Mən dərsinizi asanlaşdıraram (M.Hüseyn).
Sonradan məsələ getdikcə mürəkkəbləşdi və heç də onun düşündüyü kimi olmadı (S.Qədirzadə); Həmişə rəsmi, yekəxana, quru görünən raykom katibi adiləşir, sadələşirdi (B.Bayramov).
İşin mürəkkəbliyi və ya asanlıǧı icraçının işə münasibətindən asılıdır.
Kərim həyat hadisələrinin mürəkkəbliyini və dolaşıqlıǧını düşündüyü zaman elə bilir ki, onu dərin və çıxılmaz bir quyuya atmışlar (M.İbrahimov); Xaspolad onların heyrətinə səbəb olan bir sadəlik və yüngüllüklə dedi (M.İbrahimov).
Mənim fikrimcə, qorxu son dərəcə də mürtəce bir hissdir (M.Hüseyn); Çar hökuməti qabaqcıl fikirli adamları nəzarətsiz qoymurdu.
Qan-qan deyir yollara satılmış mürtəcelər (S.Rüstəm); Mərəndin mütərəqqi və sülhsevər adamları da bu bayramı birinci dəfə olaraq azad və sıxıntısız keçirmək üçün hazırlıq görürdülər (M.İbrahimov).
Dörd milyondan artıq əhalinin səadati də, müsibəti də məndən asılıdır (M.S.Ordubadi).
Müstəbiddir, cəlladdır, qaniçəndir, kütbaşdır (M.İbrahimov); Mən ürəyimdə heyifsiləndim ki, zavallı qızı məktəbdən məhrum edəcəklər (T.Ş.Simurq).
Müstəbidlik onun təbiətində idi (M.İbrahimov); Onun zavallılıǧına ürəkdən heyifsiləndim (“Azərbaycan”).
Ona görə də, ay uşaqlar, mən müstəqil bir iş istəyirəm (İ.Fərzəliyev); Hamısı bizdən asılıdır (Mir Cəlal).
Müstəqillik ona sərbəst hərəkət etməyə imkan verir (M.Talıbov); Yaxud da tabeçilik və yalanı eşidib təsdiq etməkdən ibarətdir (M.Talıbov).
Rədd ol, həll edərəm özüm müşkülü! (M.Rahim); Bundan asan şey yoxdur (S.Vəliyev).