Mənim dediyim satirik və komik janra aiddir (M.İbrahimov).
Fikri abstraktlaşdırmaq yox, konkretləşdir ki, dinləyici özü üçün bir nəticə çıxartsın ("Ulduz")
Cavab konkretlikdən çox uzaqdı, buna görə də Bəşirli onun sözünün kəsdi (Ə.Vəliyev); Gəl sən abstraklıqdan uzaqlaş, bu heç kəsə fayda vermir.
O, korafəhm deyil, Bilal (G.Hüseynoǧlu); Fərasətlidir, Allah başacan eləsin (G.Hüseynoǧlu).
Korazehin uşaqdır, məsələni çətin anlayır (“Azərbaycan”); Belə halda cürətli, cəld, güclü, fərasətli adam qalib gəlir (S.Vəliyev).
Bıçaǧı bülövə çəkdim, indi kəsərləşib. Bu qılınc isə çox korşalmışdı (M.İbrahimov).
İşə kortəbii yox, şüurlu yanaşmaq fayda verə bilər.
Nə nihilist deyən var, nə də ki, kosmopolit (R.Rza).
Bircə koş bıçaq da dəyməsin gözə (C.Novruz); Onların dişi neştərdən də itidir (A.Məmmədrza).
Təzə qoltuqlarda köhnə falçılar; Nə qədər baş-başa gəlməliyik biz (H.Hüseynzadə).
Atar köhnəliyi üstündən tamam... (M.S.Ordubadi); Gözüm də, ürəyim də təzəlik axtarır (S.Qədirzadə).
Düzdür, amma fikirləri də, özü də bir az köhnədir (M.İbrahimov); Ala gözlərini gördüm; Təzələndi köhnə dərdim (Aşıq Ələsgər).
...Xanpəri hələ köhnəlməyibdir... (Ə.Vəliyev); Fərəhlə çırpınır könlü insanın; Həyat yeniləşir, yaşadıqca biz (Ə.Cavad).
Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam (S.S.Axundov); Saralmışın biridir, uzun, özü də arıq (C.Əmirov).
Bəlkə, heç kökəlməyəcəyəm (S.S.Axundov); O, Kiçik bəy kök, dolǧun bir adamdı, arıqlamaq üçün çox səy edirdi (S.Vəliyev).