O qab təmiz deyil, dibi kilkəlidir.
Qoy bu sonsuz məhəbbət günəş kimi var olsun! Onlara verməz aman kinimin dalǧaları (S.Rüstəm).
Sakit aǧaclar; Kinli dolunun; hərbinə düşür (İ.Tapdıq).
Güllü qarının xasiyyəti mülayim, ürəyi kinsizdir (T.Kazımov); Ondan özünü gözlə, ədavətli adamdır (“Ulduz”).
Sonuncu dəfə Məstan otaǧa girəndə qapı kip örtüldü (T.Məmmədov); Pəncərə boş baǧlanıb.
Əllərini bir-birinə vurub kiridi (Mir Cəlal); Qədir sözünü qurtarmamışdı ki, bəy qışqırdı (Mir Cəlal).
İdris tərli, kirli corablarını gizləmək üçün çəkməsini ayaǧına taxdı (Mir Cəlal); Sütuna vurduǧu mıxdan tiftikli təmiz məhrəba asmışdı (Ç.Məmmədzadə).
Bu qızın ancaq bilikdir, təmizlikdir zinəti (H.Cavid); Onun əynindəki paltarların kirliliyi pintiliyindən irəli gəlir.
Arvadın hünəri nədir ki, kişiyə əl atsın (S.S.Axundov).
– Ay kimsən? – deyə Mikola səsinə güc verib yaşına münasib olmayan bir tərzdə kişiləşdi (S.Qədirzadə); Sən də arvadlanma, hamı səni tanıyır.
Kobud dedim, kobudluq yerində xoşa gəlir (S.Rüstəm); Tıqqıltının zərifliyindən duydum ki, qadın barmaqlarıdır (S.Qədirzadə).
Bu işin öhdəsindən kollektiv gələ bilər. Təkbaşına iş görmək də çətindir (M.S.Ordubadi).
Buna görə də əmək kollektivləşməli və istehsal vasitələri kollektivin əlində olmalıdır (C.Cabbarlı); Bəzi adamlar fərdiləşməyə meyil göstərir.
Qadınlar komalaşdılar (Mir Cəlal); Vətəndaşlar, xahiş edirəm, daǧılın (S.Qədirzadə).
...Dəhşətli faciədə komik rol oynayan istedadsız bir aktyor qədər miskindir (M.Hüseyn); Evində və kənarda bəzən əsəbi, qaraqabaq, qaradinməz görünən bu qadının burada, baǧçada kədərləndiyini, ya hirsləndiyini görən olmamışdı (Mir Cəlal).