– Dünyadır, ay Səyalı xala! Biri varlı olar, o biri kasıb (Mir Cəlal).
Var-yoxu əlindən çıxıb, kasıblaşıb (“Azərbaycan”); Baloǧlan varlanmaq üçün daima müxtəlif yollar axtarıb tapmaq haqqında düşünürdü (C.Əmirov).
Üzündən, gözündən kasıblıq yaǧır (B.Vahabzadə); Varlılıǧa tələsən, yoxsulluǧa tez düşər (Ata. sözü).
Arvadın ürəyi titrədi və gördü ki, gəlin “körpə”sini baǧrına basaraq keçinmişdi... (İ.Şıxlı); Bu dünyada yaşamaqdan şirin bir şey ola bilməz (S.Rəhimov).
Çiçəklinin nə keçmişinə, nə indisinə yaraşır (Ə.Vəliyev).
Mən öz keçmişinə heykəl yonmaǧı; Alnına yazdıran oǧullardanam... (M.Araz); Oǧlanlarının istiqbalı haqqında da Hacı Vəlinin müəyyən planları və prinsipləri var idi (Çəmənzəminli).
Xatırlayın; keçmiş və müasir; fironları (R.Rza).
Kef məclisini qoyaq sonraya (A.Şaiq); Gəlməsin üstümüzə dalǧası dərdin, kədərin (S.Rüstəm).
Görünür, ikiymiş dünyada vətən; Biri zalımların kef yuvasıdır; Biri məzlumların qəm havasıdır (S.Vurǧun).
Kefcil adamdır, heç kefdən qalmır (“Azərbaycan”); Səttar xan olduqca düşüncəli və kədərli idi (M.S.Ordubadi).
Səni içirdib kefləndirmək istəyirəm (S.Qədirzadə); Çaxır boçkası kimi doldurub qarnını, üç gün ayılmaz (S.Rəhman).
Bəlkə... bəlkə keflisən? (C.Əmirov); Bu başlarla aşıq-aşıq oynayan; Çevik əldə, ayıq başda nə günah (M.Araz).
Sərvər, bu gün səni çox kefsiz görürəm, nə olub məgər? (Ü.Hacıbəyov); Qurban götür kəs məni; Qənarədən as məni; Al könlümü, saz eylə; Sinən üstə bas məni (Bayatı).
...Atanın da gözünə görün, bir az kefsizləyib (M.İbrahimov); İstirahətdən sonra xəstənin vəziyyəti xeyli yaxşılaşmışdı.
Elə olan surətdə mənim özüm sizə yaxşı kəbin kəsdirərəm (Ə.Haqverdiyev); Fövrən bir molla çaǧırıb, vəkil elə ki, get Mədinədə mənim arvadımın talaǧını ver (Mir Cəlal).