Güclə kafi qiymət alırdı (İ.Fərzəliyev); Dərslərindən pis qiymət alır (“Azərbaycan”).
De, sən hara? Rusiya hara? Yoxsa satılmısan o kafirlərə? (S.Vurǧun); Yoxsa müsəlmanlar şəhərə giriblər? (Mir Cəlal).
Deyirlər ki, ay kaftar, bizim qızımız qırmızı saqqallı qoca kişinin tayıdır? (Ə.Haqverdiyev); Cavan adamsan, nə çoxdur ər, birinə qoşulub getsənə? (Mir Cəlal).
...Kal meyvələrdən dərib aǧzına atır... (M.İbrahimov); Aǧaclar yetişmiş sarı, dolu, sulu, şirin armudu ehmallıca yerə buraxırdı (Mir Cəlal).
Qaralır daxmanın kalafa yeri; Dəstə şərqisilə çəkilir geri (S.Vurǧun); Onlar dərin bir həyəcanla düzə sarı baxırdılar (M.Hüseyn).
– O daǧın dibində saraylar tikilmiş, indi kalafalıqları qalıb (M.Süleymanlı); O, düzənliyin adı qılıncdır, çıxdıǧımız yol sarı yoldur (M.Süleymanlı).
Getdikcə onun səsi kallaşırdı (F.Kərimzadə); Birdən səsi açıldı (“Ulduz”).
Bu oǧlan kamallı oǧlandır (S.S.Axundov); Çox səfeh adamdır ki, dirilib (Mir Cəlal).
Mən onlara, aǧılsız, qabiliyyətsiz, kamalsız adam deyə bilmərəm (Ə.Haqverdiyev); Gülər aǧıllı və bacarıqlı qızdır (M.İbrahimov).
Kamil insan kamalından bəlli olar (Ata. sözü); Hələ o özünü nöqsanlı bir şəxs kimi tanıtmışdır (“Azərbaycan”).
Dedilər kamilliyin, hürufiliyin yeri zindandır (F.Kərimzadə); Bu da sənin səfehliyindir (“Azərbaycan”).
Zaman şuluqluq, qışqabaǧı bir karlı iş yox, filan yox! (Mir Cəlal); Zərərli işdir, mən ona qol qoya bilmərəm (“Azərbaycan”).
Hacı nə bizim bazarımız kasaddır və nə də puldan çətinlik çəkirik (Ə.Haqverdiyev); Alverimiz gəlirlidir.
Çit bazarı kasadlaşmışdı, ya pul tərəfindən çətinlik çəkirsiniz? (Ə.Haqverdiyev); İşim yaxşıdır, alverimiz pis deyil, varlanırıq (“Ulduz”).
İndi böyüdükcə baxıb görürəm ki, dövlətli ilə kasıbın arasında böyük fərq var (Ə.Haqverdiyev).