Bizim gözlərimiz önündə uzun, işgəncəli bir insan həyatı gəlib keçir (M.Hüseyn); Yuxusunda nəşəli günlərini görüb aǧzı sulanır.
Küçə sürətlə ora-bura gedən, işgüzar adamlarla dolu idi (S.Rəhman); Mədəd “tənbəl” sözünü deyəndə Güldanəyə elə gəldi ki, onu ilan çaldı (Ə.Vəliyev).
O, Məşədibəyin işgüzarlıǧını, möhkəmliyini, Məşədibəy isə onun kəsərli yazı üsulunu bəyənirdi (M.Hüseyn); Onun bacarıqsızlıǧı barədə sonra danışarıq.
Çünki onu tanıyırdı, işgüzarlıǧına bələd idi (Mir Cəlal); Baǧban əmi, özün demirdin ki, çox yatmaq tənbəllik əlamətidir (Y.Əzimzadə).
İşıq qaranlıqla, kədər fərəhlə; Ayrılıq görüşlə bir yerə düşdü
(H.Hüseynzadə).
Qalır və birdən-birə ona elə gəlir ki, qarşısında daha iki tələbəsi yox, işıqla zülmət dayanmışdı (G.Hüseynoǧlu).
Ay səni görüm, işıqlıǧa çıxasan! (M.Hüseyn); ...Ərinin gələcəyini, qaranlıq taleyini düşünürdü (Mir Cəlal).
Elektrik lampaları axşamın dumanları içərisində sönük bir parıltı ilə işıldayırdı (Q.İlkin); Aǧsaqqal kişi çubuǧunu söndürdü (Mir Cəlal).
Siz Əhməd Soltanzadə kimi işlək adamı bəyənmirsiniz. (M.Süleymanzadə); İş görməkdə tənbəl, amma yeməkdə alıcı quşdur.
İşçilər istiyə baxmadan od kimi işləyirdilər (Mir Cəlal); Ona iş demə, elə qoy avaralansın (“Ulduz”).
Sanki Fərhadın ürəyi elə bu an işləməyə, onun vücudu bu dəqiqə hərəkət etməyə başladı (Ə.Vəliyev); Elə bil birdən ürəyi dayandı.
Qılıncdan itidir qələmin, sözün... (S.Rüstəm); O indi aciz və küt bir mətbəx bıçaǧı deyil, sınaqlardan çıxmış kəsərli bir qılınc idi (Mir Cəlal).
Ancaq Məzlum üsulluca restoranı tərk etdi, iti addımlarla buradan uzaqlaşdı (E.Sultanov); Qız yavaş addımlarla onu izləyir (M.Hüseyn).
Onu, o itigözlü, girdə və gülərüzlü müəllimi kim tanımır, kim əzizləmir? (Mir Cəlal); Fərsiz qoyunu qurd yeyər (Ata. sözü).
Bıçaǧın itiliyi və ya kütlüyü ancaq bir şeyi doǧramaq zamanı bilinir.