Yaǧış isladar, gün qurudar (Ata. sözü).
Görmüşdüm aǧıllı, ismətli, qoçaq; Manqabaşçısıydı, qəşəng gəlindi (Ə.Cəmil); Bu namussuzu nə üçün qolları baǧlı gətirmədin? (M.Hüseyn).
Özündə bir ismətlilik duyurdu. Şeir adına dinsizlik və əxlaqsızlıq dərsi verən bu kitab dünya üzü görməyə haqlı deyildir (M.Hüseyn).
Mənim sözüm budur ki, ümumiyyətlə, heç bir millətin barəsində demək olmaz ki, filan millətin övrətləri bietibar və ismətsizdir (“Molla Nəsrəddin”); Qorxma, bacın namuslu, ismətli qızdır (S.S.Axundov).
Bu hay-huy içərisində olanlar özləri də israfçı axmaqlar və bədbəxt vəhşilər kimi yaşayacaqlar (M.Talıbov); Qənaətçidir, malının qədrini bilir.
Əgər keçmişdəki varlılar ifrat israfçılıq edirdilərsə, bunu öz eyş-işrətləri üçün öz evlərində edirdilər (M.Talıbov); Hər bir işdə qanaətçilik olmalıdır.
Hər ailənin öz istedadlı israfçısı vardı (C.Məmmədov); Kəs səsini köpək... Beyniniz kütdür (S.Rüstəm).
Yayın isti günləri idi (S.S.Axundov); Ayazlı, şaxtalı bir qış axşamı; Yeddi yoldaş olub yola düzəldik (S.Vurǧun).
Yaramaz uşaq yamanca mənim isti aşıma soyuq su qatdı (S.Hüseyn).
Yoldaşlar, istibdad pəncəsində işləyən yüz minlərcə işçilər baş qaldırmadadır (Çəmənzəminli); Odlar yurdunun səadati sənin, mənim səadətimdir (M.Hüseyn).
İyirmi dörd yaşlı, canı-başı saǧlam, istiqanlı bir oǧlan özünü nə qədər saxlayacaqdı (M.İbrahimov); Lakin Rəna soyuqqanlı, möhkəm idi, tələsmir, nişan alaraq vururdu (C.Məmmədov).
Alnımda bir istilik hiss edər-etməz gözlərimi açdım (M.S.Ordubadi); Azacıq sonra isə həmin soyuqluq isindi (İ.Şıxlı).
Pah, insan da belə işcil olar? (Mir Cəlal); Hər əyrinin, tənbəlin xan qızı kimi başına dolanmayacaǧıq ki?.. (M.İbrahimov).
İşcillikdə olmasın qoy onların misli heç (M.Rahim); Səni kəndə qaçmaǧa məcbur edən tənbəllikdir (Z.Xəlil).
O bu işgəncədən qurtarmaq üçün düşünür, fürsət gözləyir (S.Vəliyev); Cibim dolu, kefim saz idi (Mir Cəlal).