Ürəyim çocuq kimi incəlmiş; Nəhayət, səni tapdım (C.Cabbarlı); Hər gün əsəbiləşir, ürəyi sərtləşmişdir.
Nəhayət, Səlim aǧa özünü incik yerinə qoydu, silkinib ayaǧa durdu (M.İbrahimov); Sara isə müdirin iltifatından razı idi (Mir Cəlal).
Zoranın sifətində dərhal inciklik əlaməti göründü (S.Vəliyev); Arvad razılıq verib, kəbin də kəsilib (Mir Cəlal).
Fatma babasının sözündən incimədi (Çəmənzəminli); Barışmaq, böyük və alicənab işdir (M.Hüseyn).
İndi məftilə ehtiyac yoxdur (Çəmənzəminli); Məftil bundan çox əvvəl götürülmüşdü (Çəmənzəminli).
Onlar indi xoşbəxt yaşayırdılar (Ə.Vəliyev); Axı Əlyar inişil; Bir ay Bakıda yatdı (B.Vahabzadə).
İndi belələri tapılmaz (C.Əmirov); Sonra hamıya müraciətlə soruşdu (C.Əmirov).
Rüstəm kişi elə indidən müavini itaətdə saxlamaǧı qərara aldı (M.İbrahimov); Dünəndən hamı onun yolunu gözləyir.
İndiki makinalar ən uzaq dalǧaların səslərini alaraq kaǧız üzərinə qeyd edir (Çəmənzəminli); Sonrakı günlər daha fərəhli olacaq (“Azərbaycan qadını”).
Azərbaycan xalq təsərrüfatının həlledici sahəsi olan neft sənayesi sürətlə inkişaf etmişdir. Al, mən bu dildə şeir oxumaǧa tənəzzül etmərəm! (M.Hüseyn).
Görürəm çox insaflı oǧlansan (A.Şaiq); Yüzbaşı yaman kafir imiş (Mir Cəlal).
C.Cabbarlının qəhrəmanları nəcib insani hisslərə malikdirlər (M.Arif); Başqa bir roman isə heyvani hissləri tərənnüm edir (Ə.Şərif).
Rəşidin bu insanlıǧını və hümmətini hər kəs bildi (İ.Musabəyov); Mən belə barbarlıǧa dözmərəm (C.Cabbarlı).
Jandarm rəisi hər bir kəlməsini az qala intim bir ifadə ilə deməyə çalışır (M.Hüseyn); Mənim işim aşkardır.
Daima intizamlı, səliqəli olan Talıb İsayev hər bir işçiyə, hər bir tapşırıǧın yerinə yetirilməsinə tələbkarlıqla yanaşan adam idi (C.Əmirov); Yaman nadinc uşaqdır (“Ulduz”).